Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5996/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, onunla Cavabdeh arasında Səadət sarayında (Bakı nikah evi) tərəfindən xx.xx.2009-cu il tarixdə, 3062 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları X2 yanında qalması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, Cavabdeh AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində yüksək vəzifədə çalışır və həmçinin yüksək əmək haqqı alır. Bakı şəhəri 26 saylı Vəkil Bürosu tərəfindən AR Dövlət Gömrük Komitəsinə xx.xx.2020-ci il tarixli, 150 saylı Cavabdeh aylıq əmək haqqı və ona bərabər tutulan gəlirləri barədə məlumatın əldə olunması barədə sorğu göndərilmiş, lakin AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi həmin məlumatlar dövlət və ya kommersiya sirri hesab edərək əsassız olaraq sorğuya cavab verməkdən imtina etmişlər. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-306/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay əmək haqqının və ona bərabər tutulan gəlirlərinin (digər gəlirlərinin) üçdə bir hissəsi miqdarında X2 xeyrinə aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində yüksək vəzifədə çalışır və aylıq qazancı, gəlirləri ilə birlikdə yüksəkdir. Bundan başqa hazırki dövrdə uşağın 160 manata saxlanılması qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Səadət sarayında (Bakı nikah evi) tərəfindən xx xxxxxx 2009-cu il tarixdə 3062 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, yetkinlik yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, alimentin tutulma hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DGK ŞƏBGİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh barəsində olan məlumatlar dövlət və ya kommersiya sirri hesab edildiyindən sorğuya cavab verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Səadət sarayında (Bakı nikah evi) tərəfindən xx xxxxxx 2009-cu il tarixdə 3062 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması. yetkinlik yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, yetkinlik yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, alimentin tutulma hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Hazırda iddiaçı hər uşağa görə 160 manat təyin edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehin əmək haqqı və ona bərabər tutulan gəlirlərinin 1/3 hissəsinə yönəldilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5996/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5996/2020
11.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver