Məhkəmə qərarları › İş №2(004)-6001/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-6001/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6001/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 Elmir qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6742,20 (altı min yeddi yüz qırx iki manat 20 qəpik) manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6772,20 (altı min yeddi yüz yetmiş iki manat 20 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azəriqaz İB ilə Cavabdeh arasında bağlanmış 10.11.2020-ci il tarixli, AKX-0255132/11-2020 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, paylayıcı Azəriqaz İB bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstərisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.03.2017-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan sayğacdan kənar istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 17.03.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Xanlar Əliyevə məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 2430 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 20.06.2017-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 31.07.2017-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 2705 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 05.10.2017-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 23.11.2017-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1455 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 01.12.2017 il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X4 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 14.12.2017-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1747 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 19.01.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 26.01.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 5476 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 16.02.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 20.02.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1799 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 16.03.2021-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.03.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X2 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1864 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 18.04.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 19.04.2018-ci il tarixli tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2264 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 15.05.2018-ci il tarixli 064936 nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 21.05.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 966 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.06.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 29.06.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 558 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 16.07.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.07.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 27.09.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 27.09.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 31.10.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 31.10.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.11.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.11.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.12.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.12.2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 31.01.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 31.01.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.02.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.02.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə sayğacdan kənar qaz xətti aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 29.03.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.04.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.04.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.05.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.05.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 636 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.06.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.06.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 456 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 31.07.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 31.07.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 456 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.08.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.08.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 456 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 456 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 456 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1620 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı X5 təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə tələbdən görünür ki, istehlakçı X3 məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2736 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 10.11.2020-ci il tarixli abonenet saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin iyul ayının sonuna 6742,20 manat məbləğində borcu vardır. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin tərcüməsinə əsasən müəyyən olunur ki, Nəsibova Mələksima və Əliyev Xanlar arasında 28.04.1973-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ №543583 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X5 03.05.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azəriqaz İB-yə ünvanlanmış 10.11.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh hesablanmış 6889,72 manat məbləğində borcu qəbul etdiyini və həmin qaz sərfiyyatının real istifadəçisi olduğunu bildirmiş və qazın alqı-satqısı barədə müqavilənin bağlanılmasını və qaz hesab kodunun onun adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olsan 10.11.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh qaz hesabının onun adına keçirilməsi üçün Azəriqaz İB-yə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni olaraq istifadə edilmişdir və nəticədə Azərqaz İB-yə maddi zərər dəymişdir. Cavabdeh Əliyeva X1 İB-yə ünvanladığı ərizədə də borcunun olmasını qəbul etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qeyri-qanuni qoşulma iş materialları ilə təsdiqini tapdığından iddia tələbi təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6742,20 (altı min yeddi yüz qırx iki manat 20 qəpik) manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 6772,20 (altı min yeddi yüz yetmiş iki manat 20 qəpik) manat pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6742,20 (altı min yeddi yüz qırx iki manat 20 qəpik) manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, ümumilikdə 6772,20 (altı min yeddi yüz yetmiş iki manat 20 qəpik) manat pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar