Məhkəmə qərarları › İş №2(004)-601/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-601/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-601/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “Accessbank» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Accessbank» QSC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Accessbank» QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “Accessbank» QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3314,96 manat məbləğində əsas borc, 208,58 manat məbləğində faiz borcu, 540,33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4063,87 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,64 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Accessbank» QSC-nin X2 izahat verərək bildirir ki, Cavabdeh 05.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Accessbank» QSC-dən aylıq 1,5833 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.11.2021-dək Cavabdeh banka 05.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3314,96 manat əsas borc, 208,58 manat faiz borcu, 540,33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4063,87 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Accessbank» QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinə əsasən, bank borcalana aylıq 1,5833% ödəmək şərtilə 24 il müddətinə 10000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.11.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan “Accessbank» QSC tərəfindən tərtib olunmuş 28.11.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 05.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 3314,96 manat məbləğində əsas borc, 208,58 manat məbləğində faiz borcu, 540,33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4063,87 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, “Accessbank» QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 004A********** nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 05.12.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 3314,96 manat əsas, 208,58 manat faiz borcu, 10 manat məbləğində cərimə olmaqla, cəmi 3533,54 manat məbləğində pul və ödənilmiş 55,34 manat dövlət rüsumunun iddiaçı “Accessbank» QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “Accessbank» QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 004A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3314,96 manat əsas, 208,58 manat faiz borcu, 10 manat məbləğində cərimə olmaqla, cəmi 3533,54 (üç min beş yüz otuz üç manat əlli dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,34 (əlli beş manat otuz dörd qəpik) manat məbləğində pul iddiaçı “Accessbank» QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar