Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-604/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi kimi cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 14500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı orada quraşdırlmış hava təmizləyici sistemlər tamamilə sıradan çıxmış və nəticədə 14500 manat məbləğinə maddi ziyan dəymişdir. Həmin müəssisə xx.xx.2019-cu ildə cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta edilsə də, bu günə kimi ziyanın ödənilməsi təmin edilməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilsə də cavabdeh müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Belə olan halda pozulmuş hüquqularının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar olaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirdi və əlavə olaraq iddia tələbinə etiraz edərək qeyd etdi ki, sözügedən qeyri-yaşayış sahəsi “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığorta olunmuş, sığorta hadisəsi də xx.xx.2020ci il tarixdə baş vermişdir. FHN DYNX Sumqayıt regional Dövlət X2 tərəfindən verilmiş X4 qeyd edilmişdir ki, yanğın qeyri-yaşayış sahəsinin damında yerləşən hava təmizləyici qurğuda baş vermişdir. İcbarı sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsində daşınmaz əmlakın icbari sığortası dəymiş zərərə görə təminat verir, lakin qeyd olunan yanğın nəticəsində ziyan daşınmaz əmlaka deyil, daşınar əmlak olan hava təmizləyici qurğuya dəymişdir. Buna dair iddiaçıya bildiriş məktubuda göndərilmişdir. Bütün sadalananlara əsasən məhkəmdən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 (yeni qaydalarla: Nizami küçəsi 115) ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası FHN DYNX Sumqayıt regional Dövlət X2 tərəfindən xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evində baş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş X3 görünür ki, yanğın “Park Palace” şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğuda baş vermişdir. “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış bildirişdən müəyyən olunur ki, iddiaçı öz müraciətində “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta olunmuş “Park Palace” şadlıq sarayında yerləşən hava təmizləyici qurğuda yanğın baş verməsini və yanğın nəticədə qurğunun yararsız hala düşməsini bildirmiş, cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə yanğın nəticəsində zərərə uğrayan hava təmizləyici qurğunun “İcbari sığortalar haqqında” AR Qanunun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın növünə daxil olmadığı, bu səbəbdən də baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmadığı və sığorta ödənişinin verilməsindən imtina etdiyini bildirilmişdir. BA seriyalı, 990654 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Sığortaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sığortalı İddiaçı mülkiyətində olan ünvan 2 ünvanında yerləşən “Park Palace” şadlıq sarayı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icabri sığorta edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığorta haqqında” Azərbaycan respublikası Qanunnunu 35.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsin əsasən daşınmaz əmlakın icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Azərbaycan Respublikası MM-in 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinaya əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “Park Palace” şadlıq evində xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi zamanı şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğu yanaraq sıradan çıxmışdır. İş materialarında olan Azərbaycan Respublikası FHN DYNX Sumqayıt regional Dövlət X2 tərəfindənbaş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş X3 görünür ki, yanğın “Park Palace” şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğuda baş vermişdir. Qeyd edilən yanğın nəticəsində isə ziyan daşınmaz əmlaka deyil, daşınar əmlak olan hava təmizləyici qurğuya dəymişdir. Bu səbəbdən ““xxxxxxxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixli, BA seriyalı, 990654 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsinə və “İcbari sığorta haqqında” Azərbaycan Republikası Qanununun 35.4-cü maddəsinə əsasən yanğın nəticəsində zərərə uğramış hava təmizləyici qurğu daşınmaz əmlakın növünə daxil olmadığından yanğın hadisəsi sığorta hadisəsi hesab edilməmişdir. Bununla da Azərbaycan Respublikası MM-in 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verən zaman icbari sığorta olunmuş daşınmaz əmlaka deyil, daşınar əmlak olan hava təmizləyici qurğuya maddi ziyan dəymişdir. Belə olduğu halda cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyana görə məsuliyyət daşımır və məhkəmə hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-604/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-604/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver