Məhkəmə qərarları › İş №2(004)-6093/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6093/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6093/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X2 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5000 manatın, Cavabdeh2 5000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinə uyğun izahat verərək izahatında bildirmişdir ki, cavabdehləriin hər ikisi ilə münasibətləri normal olmuşdur. Onlar etibar etmişdir. 2020-ci lin sentyabr ayında cavabdehlər ayrı-ayrılıqda ondan 8.000 manat borc pul istəmiş, pulu 1 ay müddətinə qaytaracaqlarına dair vəd vermişdirlər. Sonradan cavabdelərlə 13.10.2020-ci il tarixdə görüşmüş, notariusda öhdəlik müqaviləsi imzalamışlar. Müqaviləyə əsasən cavabdehlər 30.11.2020-ci il tarixə kimi borclu olduqları 8.000 manatı tam şəkildə ödəmələrinə dair imza etmişlər. Sonradan cavabdehlər ona müraciət edərək hər biri əlavə 1.000 manat pul istəmiş, 20.10.2020-ci il tarixdə cavabdehlərə yazlı iltizama imza etdirməklə əlavə 1.000 manat borc vermişdir. İkinci dəfə pul aldıqda bildirmişdirlər ki, borclarını birinci aldıqları 4.000 manatla birgə 30.11.2020-ci il tarixdə ödəyəcəklər. Lakin vədlərinə əməl etməmiş, 1 ay keçməsinə baxmayaraq pulunu qaytarmamışlar. Cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də onlar, müxtəlif bahənalər gətirərək pulunu qaytarmaqdan imtina edirlər. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, 13.10.2020-ci il tarixli reyestrdə 3M-2278 nömrə ilə qevd edilmiş öhdəlik müqaviləsinin şərtlərinə görə Cavabdeh1 və Cavabdeh2 İddiaçı birlikdə alınmış 8000 manat borc pul məbləğinin 4000 manat hissəsini Cavabdeh1, digər 4000 manat hissəsini isə Cavabdeh2 30.11,2020-ci il tarixinə qədər İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdürlər. İş materiallarında olan 20.10.2020-ci il tarixli yazlı iltizamlardan görünür ki, qeyd olunan öhdəlik müqaviləsində göstəriləndən əlavə cavabdehlər hər biri iddiaçıdan 1000 manat pul borxc almış və həmin pulu 30.11,2020-ci il tarixinə qədər İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdürlər. Beləliklə, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlərin hər birindən 5000 manat məbləğində borc və müştərək olaraq ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməldir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 5000 (beş min) manat İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar