Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6093/2025 13.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X2, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal MKTB 56 saylı Mənzil Kommunal İstismar Sahəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “pəncərələrin sökülərək yerinin bağlanması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X2, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal MKTB 56 saylı Mənzil Kommunal İstismar Sahəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qonşuların gediş-gəliş hüququnun maneəsiz təmin edilməsi, məqsədilə cavabdehlər tərəfindən Yasamal rayonu, 2-ci Alatava, ev 8a ünvanında ümumi istifadədə olan keçid yoluna (dalana) qanunsuz quraşdırılmış metal darvaza sökülməsi, ümumi istifadədə olan yola cavabdehlər tərəfindən qoyulmuş fiziki maneələr aradan qaldırılaraq mübahisəli ərazi onlar tərəfindən boşaldılması, zəbt olunmuş yolun və ərazinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsi (öhdəliyi) cavabdehlər Cavabdeh1 və X1 üzərinə qoyulması və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 AZN (yüz manat) pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında X2, xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal MKTB 56 saylı Mənzil Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava, 8A ünvanında yaşayırlar. Qonşuları Cavabdeh1 və onun qızı Cavabdeh2 öz mülkiyyətinə aid olmayan əraziyə - ümumi istifadə üçün nəzərdə tutulan keçid hissəsinə qırmızı rəngli dəmir darvaza qoyaraq yolunu zəbt ediblər. Quraşdırılmış darvaza tək onun həyətinı açılmır və həmin darvazanın arxasında bir neçə qonşu ailə yaşayır. Bu səbəbdən həmin ailələrin gediş-gəlişi məhdudlaşdırılıb, ümumi keçid yolu faktiki olaraq zəbt olunmuşdur. Cavabdehlərin bu əraziyə dair hər hansı mülkiyyət sənədi yoxdur. Buna baxmayaraq, onlar darvazanın arxasındakı sahənin guya ona məxsus olduğunu iddia edir. Faktiki olaraq cavabdehlər özbaşınalıq edərək dövlət hakimiyyət orqanlarına və qonşulara təhqirlər yağdıraraq özlərinə məxsus olmayan ümumi istifadədə olan ərazini zəbt edərək öz mülkiyyətinə qatmaqla özbaşınalıq edir. İlkin iddia üzrə cavabdeh iddia tələbinə dair etiraz təqdim etmiş və bildirmişdir ki, bu iş üzrə qarşı tərəfin onlara qarşı irəli sürdüyü iddialar guya cavabdehin ailəsinin onların yolunu bağlaması və onları təhqir etməsi tamamilə əsassızdır və heç bir sübuta əsaslanmır. Ərazi və faktiki mülkiyyət barədə sözügedən ərazi Bakı şəhəri Yasamal rayon Alatava qəsəbəsinin ərazisində yerləşir. Həmin torpaq sahəsi və həyət illərdir onların ailəsinin faktiki istifadəsindədir. Həmin evdə o, atası və anası uzun illərdir yaşayırlar. Həyətdə olan darvaza və sərhədlər bütün qonşular tərəfindən tanınmış və qəbul edilmişdir. Darvazadan içəridə olan hissə tam şəkildə onların ailəsinin şəxsi istifadəsindədir. Bu həm yaşayış faktıdır və həm də şahid ifadələri ilə sübuta yetirilə bilər. Qarşı tərəfin yol bağlanıb iddiası isə həqiqətə uyğun deyil. Çünki orada faktiki və hüquqi baxımdan heç bir ictimai və şəxsi keçid yolu mövcud deyildir. İddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ünvan 2 ünvanda yerləşən evinin qarşısında yerləşən yolun açılması və darvazanın söklməsi ilə bağlı hesab edir ki, iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Qonşuluqda yaşayan iddiaçıların evlərinin uzun müddətdir ki, istifadə etdikləri qapıları vardır. Həmin qapı hamı tərəfindən qəbul edilir və tanınır. İddiaçı isə onların evdə olmadığımızdan istifadə edərək, qanunusuz olaraq onların həyəti istiqamətində pəncərələr açmışdır. Həmin pəncərələrdən faktiki qapı kimi istifadə etməklə qanunsuz olaraq həyətlərinə daxil olmuş, tanımadıqları şəxsləri həyətlərinə pəncərə vasitəsi ilə gətirərək orada işlər gördürümşdür. Hazırda taxta nərdivan vasitəsi ilə pəncərədən həyətlərinə daxil olan iddiaçılar bununla kifayətlənməyərək yeni qapı açılmasına nail olmaq istəyirlər. İddiaçıların açdığı pəncərələri özündə əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edərək, buradan açıq aydın görünür ki, həmin pəncərələr giriş qapısından xeyli sonra quraşdırılmışdır. Bu quraşdırılma onların hüququnu pozmaqla həyata keçirilmişdir. Çünki iddiaçı qonşuluq münasibətlərinə xələl gətirəcək addım atmaqla hüquqlarımızı məhdudlaşdırmışdır. İddiaçı bilə bilə ki, buradan onun istifadə edəcəyi qapı yoxdur, hazırki tələblə məhkəməyə müraciət edərək əsassız məhkəmə mübahisəsi yaratmışdır. İddiaçıların öz evlərinə məxsus qapısı mövcuddur. Həmin qapı işləkdir. Həmin qapıdan giriş çıxışa heç bir maneə yoxdur. İddiaçı evində yeni atırmalar apardığı halda öz evinin planına uyğun artırmalar aparmalı idi. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “pəncərələrin sökülərək yerinin bağlanması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin (ilk iddia üzrə iddiaçının) istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən 8A saylı evin onlara aid olan həyətə açılmış pəncərələrinin cavabdehin hesabına sökülərək yerinin bağlanması və həyətinə olan bütün maneələrin aradan qaldırılması barədə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 2E 20 ildən artıqdır ki, onun istifadəsindədir. Cavabdeh həmin evin qonşuluğunda yaşayır, onlar;n faktiki mülkiyyətində olan torpaq sahəsindən və həyətdən sərbəst istifadəsinə imkan vermir. Belə ki, cavabdehin evi 1 metrdən artıq hissədə ona aid həyətin sahəsinə düşür, yəni ona aid sahə zəbt edilmişdir. Bundan başqa, cavabdeh ona aid olan sahədən pəncərələr açmışdır. Həmin pəncərələr yeni açılmışdır. Bu pəncərələr ona və onun ailə üzvlərinə maneçilik törədir, belə ki, o, öz həyətində rahat gəzə bilmir, habelə, cavabdehin evindəki səs-küy onun evindən rahatlıqla eşidilir ki, evinin bütün sirri ilk iddia üzrə iddiaçının evindədir. Bu da ona rahat yaşamağa maneədir. Hazırki iddia tələbində o, ilk iddiaçının onun istifadəsində olan torpaq sahəsində qanunsuz pəncərələr açmaqla onun torpaq sahəsinə xeyli hisədə daxil olmaqla tikili inşa etdiyini, beləliklə ona aid torpaq sahəsini zəbt etdiyini, habelə həmin sahəyə pəncərə açmaqla onun özünə aid torpaqdan sərbəst istifadəsinə maneə yardır. Cavabdehin tikilisi bir metrdən çox onun ərazisinə daxil olmuş, ilk iddia üzrə iddiaçının evinin divarı faktiki olaraq cavabdehin bir metr mülkiyyətinə daxil olmuşdur. Açılmış pəncərələr iddiaçıya həyətində rahat yaşamaq və rahat gəzməyə imkan vermir. Cavabdehin ona məxsus həyətyanı torpaq sahəsini zəbt etməsilə onların hüquqları məhdudlaşdırılmışdır. Çünki cavabdeh həmin pəncərələrdən qapı kimi istifadə etməklə həyətə daxil olur. Həyətə yad şəxsləri gətirir. Belə vəziyyətədə artıq həyətin təhlüskəsizliyi təhdid altında qalır. Yəni istənilən şəxs cavabdehin köməkliyi ilə onların həyətinə daxil ola bilər. Bu maneə aradan qaldırılmalıdır. Mübahisəli ev Bakı şəhəri Yasamal rayon Alatava qəsəbəsinin ərazisində yerləşir. Həmin torpaq sahəsi və həyət illərdir onların ailəsinin faktiki istifadəsindədir. Həmin evdə o, atası və anası uzun illərdir yaşayırlar. Həyətdə olan darvaza və sərhədlər bütün qonşular tərəfindən tanınmış və qəbul edilmişdir. Darvazadan içəridə olan hissə tam şəkildə bizim ailənin şəxsi istifadəsindədir. Torpaq sahəsi faktik olaraq uzun müddətdir ki, onların istifadəsində olduğundan cavabdehin həmin ərazidə pəncərələr açması qanunsuz və yolverilməzdir. Hesab edir ki, bu qanunsuzluq və yolverilməzlik aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 ifadəsində bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı4 İnqilab oğlu ifadəsində bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ifadəsində bildirmişdir ki, mübahisəli darvaza 1995-ci ildə quraşdırılmış, 10 il bundan əvvəl cavabdehlə birgə həmin darvazanı təzələmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Alatava qəsəbəsində yerləşən mübahisəli darvazanın inşasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməmişdir. Darvazanın olduğu dalan isə heç kəsin mülkiyyətində olmamaqla, dövlətin mülkiyyətindədir. Həmin darvazanın maneçilik törətməsi ilə bağlı İcra Hakimiyyətinə iddiaçılar tərəfindən müraciət edilməmişdir. Müraciət olduğu halda, araşdırma aparılır, zərurət olarsa darvazanın sökülməsi ilə bağlı məhkəməyə müraciət edilərdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal MKTB 56 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayədəsinin iştirakını təmin etməmiş, məhkəmə iclası onun nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 15 dekabr 2025-ci il tarixli 5-21/2-A190/2-075/2/2025 saylı məktubundan görünür ki, ünvan 3 ünvanda dalana qoyulmuş darvazaya dair Yasamal rayon İcra Hakimiyyəti tərəfindən razılıq məktubu verilməmişdir. Razılığı verilmədən qoyulan darvazada içəridə qalan ərazi mülkiyyət hüququ ilə müraciətdə adı çəkilən vətəndaşlara, nə digər üçüncü şəxslərin mülkiyyətində deyil. Həmin vətəndaşların torpağa dair sənədləri olmadığından torpaq dövlətə məxsusdur. xx.xx.2025-ci il tarixli mülki iş üzrə yerli baxış protokolundan görünür ki, yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən iddiaçılara məxsus yaşayış evləri bir birilərindən dalan vasitəsilə ayrılır. Həmin dalandan keçdikdə içəri tərəfdə cavabdehlərə məxsus yaşayış evləri yerləşir. Cavabdehlərə məxsus yaşayış evlərinin özlərinə məxsus darvazaları var. Mübahisəli darvaza dalanın girişində yerləşməklə cavabdehlərin yaşayış evlərinə girişi deyil, dalana girişi təmin etməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar, İddiaçı1 və İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava ərazisində fərdi yaşayış evi inşa etməklə uzun müddət orada yaşayırlar. Digər İddiaçı2 isə həmin ünvanda yerləşən digər yaşayış evində mülkiyyətçiylə bağlanmış kirayə müqaviləsi əsasında yaşayır. İddiaçılara məxsus fərdi yaşayış evləri bir-birindən dalan vasitəsilə ayrılır. Hər bir fərdi yaşayış evinin özünməxsus girişi və darvazası mövcuddur. Cavabdehlərə məxsus fərdi yaşayış evi həmin dalanda yerləşir və həmin fərdi yaşayış evlərinin də ayrıca darvazası vardır. İddiaçılar qonşuları tərəfindən dalanın qanunsuz olaraq zəbt edildiyini, dalan girişin darvaza ilə məhdudlaşdırıldığını bildirməklə həmin darvazanın sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları məhdudlaşmış, onların dalandan öz mənafelərinə uyğun istifadə imkanları yoxdur. Cavabdehlər isə darvazanın uzun müddət orda olduğunu, həmin ərazinin isə faktiki olaraq onların istifadəsində olduğunu bildirirlər. Məhkəmə ilk növbədə, iddiaçıların iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququna münasibətdə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava ərazisində yerləşən ərazidə fərdi yaşayış evi inşa etməklə uzun müddətdir ki yaşayırlar. Həmin şəxslərin fərdi yaşayış evlərinə dair gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı2 isə Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava ərazisində yerləşən fərdi yaşayış evində kirayəçi kimi yaşamaqda və istifadə etməməkdədir. Fərdi yaşayış evlərinin əhatəsində olan dövlətə məxsus ərazidən hər bir şəxs kimi, onların da istifadə hüququ vardır. Mübahisəli dalanın dövlətin mülkiyyəti olması nəzərə alındıqda, iddiaçılar həmin ərazidən müxtəlif məqsədlərlə (məsələn avtomobillərin saxlanılması (parklanması), avtomobillərin manevr edilməsi, gəzinti yeri kimi və s.) istifadə edə bilərlər. Həmçinin İddiaçı1 fərdi yaşayış evinin dalana baxan hissəsinin altında zirzəmi mövcuddur. Həmin zirzəmidən təyinatı üzrə istifadə etmək üçün onun həmin dalandan keçməsi mütəqdir. Ona görə də, iddiaçılar hazırki iddia tələbi üzrə iddia qaldırmaqda subyektiv hüquqa malikdirlər. Mübahisəli vəziyyətin aydınlaşdırılmasının təmin edilməsi məqsədilə müvafiq ünvanlara yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava ərazisində iddiaçılara məxsus yaşayış evləri bir birilərindən dalan vasitəsilə ayrılır. Həmin dalandan keçdikdə içəri tərəfdə cavabdehlərə məxsus yaşayış evləri yerləşir. Cavabdehlərə məxsus yaşayış evlərinin özlərinə məxsus darvazaları var. Mübahisəli darvaza dalanın girişində yerləşməklə cavabdehlərin yaşayış evlərinə girişi deyil, dalana girişi təmin etməkdədir. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, darvazanın eni təxminən 5-6 metr olmaqla, hər hansı yaşayış evinin girişini təmin etmək üçün nəzərdə tutulmayıb. Həmin darvaza dalana girişi məhdudlaşdırmaqla, gediş-gəlişə maneçilik törətməkdədir. Yasamal Rayon İcra Hakimiyyətinin 15 dekabr 2025ci il tarixli 5-21/2-A190/2-075/2/2025 saylı məktubu ilə müəyyən edilir ki, ünvan 3 ünvanda dalana qoyulmuş darvazaya dair Yasamal rayon İcra Hakimiyyəti tərəfindən razılıq məktubu verilməmişdir. Razılığı verilmədən qoyulan darvazada içəridə qalan ərazi mülkiyyət hüququ ilə müraciətdə adı çəkilən vətəndaşlara, nə digər üçüncü şəxslərin mülkiyyətində deyil. Həmin vətəndaşların torpağa dair sənədləri olmadığından torpaq dövlətə məxsusdur. Məhkəmə ilkin olaraq ilk iddia üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı4 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X2, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal MKTB 56 saylı Mənzil Kommunal İstismar Sahəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq fiziki şəxslərə məxsus hüquqlar yalnız qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Həm iş materialları ilə, həm də işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, cavabdehlər ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evlərinə aidiyyəti olmayan, mülkiyyət hüququ dövlətə məxsus olan ərazini zəbt etməklə dalana girişi darvaza vasitəsilə məhdudlaşdırmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq darvazanın uzun müddət həmin ərazidə olduğunu, həmin ərazinin isə onların faktiki istifadəsində olması ilə əsaslandırmışlar. Halbuki, dalanın faktiki istifadələrində olmasının hər hansı hüquqi əsası mövcud deyil, həmçinin cavabdehlər tərəfindən də bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçıların təqdim etdiyi fotoşəkillərdən görünür ki, Yasamal rayonu, Alatava ərazisində yerləşən fərdi yaşayış evlərində mübahisəli dalan kimi bir neçə dalan mövcuddur. Həmin dalanlar heç kəsin mülkiyyətində olmamaqla, dövlətə məxsusdur və fərdi yaşayış evlərinin mülkiyyətçilərinin ümumi istifadəsindədir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi də məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən mübahisəli darvazanın inşasına dair Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməmişdir. Həmin darvazanın qanunsuz olmuşdur, darvazanın olduğu dalan isə heç kəsin mülkiyyətində olmamaqla, dövlətin mülkiyyətindədir. Ona görə də iddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evlərinin ətrafında olan dövlətə məxsus dalandan sərbəst istifadə hüququnu məhdudlaşdırdığından həmin dalana keçidi təmin edən darvaza sökülməli, cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “pəncərələrin sökülərək yerinin bağlanması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə pəncərələrin sökülməsi tələb edilən İddiaçı1 məxsus fərdi yaşayış evinin pəncərələri dalana baxmaqdadır. Fərdi yaşayış evinin altında zirzəmi kimi sahə mövcuddur. Həmin sahə də bilavasitə dalana baxmaqdadır. Qarşılıqlı iddia üzrə iddiaçılar iddia edir ki, cavabdehə məxsus yaşayış evinin pəncərələri onların faktiki istifadəsində olan ərazini görməkdədir. Bu isə onların mülkiyyət hüquqlarını məhdudlaşdırır. Lakin iş materialları ilə, yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir ki, həmin ərazi ümumiyyətlə qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətində deyil, dövlətin mülkiyyətindədir. Ona görə də, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ünvan 6 ünvanında ümumi istifadədə olan keçid yoluna (dalana) quraşdırılmış metal darvaza cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanında ümumi istifadədə olan keçid yolunun (dalanın) istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “pəncərələrin sökülərək yerinin bağlanması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 6 ünvanında ümumi istifadədə olan keçid yoluna (dalana) quraşdırılmış metal darvaza cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanında ümumi istifadədə olan keçid yolunun (dalanın) istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin.. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6093/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6093/2025
13.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver