Məhkəmə qərarları › İş №2(004)-61/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-61/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-61/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC – yə və Cavabdeh ASC – nin 1 nömrəli Regional Sukanal İdarəsinin X3rşı “maddi ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X5 və Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 2300 manat və 43 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər əsasən Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X4 əməkdaşları, başda rəhbərlik olmaqla, hazırki mübahisənin yaranmasından əvvəl şikayətlərin həllinə uzun müddət səhlənkar yanaşmaları nəticəsində xx.xx.2021-ci il tarixdə onun Siyəzən şəhər, M.Zəkiyev küçəsi, ev-27, mənzil 2 ünvanında yerləşən şəxsi mənzilinə və içərsində olan əmlaklarına 2300 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə əsaslı təmirdən çıxmış mənzilinə daxil olmaq istəyərkən, mənzilin bütün hissələrinə nəcislə birlikdə çirkab sularının dolması və mənzilin bütün sahlərindən üfunət iyinin gəlməsi səbəbindən mənzilə daxil ola bilməmişdir. Binanın köhnə sakinlərindən maraqlandıqda ona uzun illərdir ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq X4 müdiri Eldar Cabbarov yerində olmayan rəhbər olduğuna görə şikayətlərinə baxmadığını və bunun nəticəsində binada tez-tez belə hadisələr baş verdiyini, kanalizasiya boruları nasaz olduğundan, boruların mütamadi tutulması səbəbindən illərdir bu üfunətin içərsində yaşadıqlarını bildirmişlər. Binanın kanalizasiya xəttlərinin qoşulan mağistral xəttdə olan nasazlıq üzündən ana xətt tez-tez tutulur və bunun nəticəsində nəcisli çirkab sular borularla əksinə qayıdaraq ayaq yolundan, hamamdan və s. yerlərdən mənzillərə dolur. Beləliklə illərdir ki, Azərsu ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X4 yaratmaz və səhlənkar işinin nəticəsində bina sakinlərinə, o, cümlədən ona maddi ziyan vurulmuşdur. Vurulan ziyanın kompensasya edilməsi, yəni ödənilməsindən ötrü cavabdehlərə xx.xx.2022-ci il tarixdə, o, cümlədən Azərsu ASC-nin və 1 nömrəli Regional Sukanal İdarəsinin X4 rəhbərliyinə “Siyəzən şəhər, M.Zəkiyev küçəsi, ev-27, mənzil 2 ünvanımda yerləşən xüsusi mülkiyyətində olan mənzilinə, habelə içərsində olan əmlaklarına 2300 manat məbləğində vurulan maddi ziyanı, təqsirkar (X4 rəhbərliyindən) şəxsdən alınaraq ona ödənilməsinə köməklik edilməsi” məzmunda yazlı surətdə (müraciət məktubu əlavə edilir), X4 rəhbərliyinə əlavə olaraq şifahi qaydada da müraciət etmişdir. Lakin cavabdehlərdən yazlı müracilərinə heç bir cavab verilməmiş, yalnız şifahi müraciətinə X4 rəisi tərəfindən kobud şəkildə rədd cavabı verilmişdir. Habelə, vurulan ziyanın cavabdehlər tərəfindən ödənilməsinə köməklik edilməsi üçün Rayon İcra Hakimiyyətinə də müraciət edilmiş, sonuncunun cavabı isə “ müraciətniz və 1 nömrəli Regional Sukanal İdarəsinin X4 rəisinin iştirakı ilə araşdırılmış və ona mövcud problemi aradan qaldırılması ilə əlaqədar müvafiq tədbir görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir. Ona görə də məsələ ilə əlaqədar 1 nömrəli Regional Sukanal idarəsinin X5 müraciət etməyniz tövsiyə edilir” cavabə verilmişdir. Bundan sonra hüquqlarımın və qanuni mənafeylərmin müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş, mənzilə və digər əşyalarına vurulan ziyanın məbləğinin, həcminin, habelə səbələrini təsdiqi üçün mənzildə ziyan vurulan hissələrinin foto şəkilləri çəkilmişdir. Hesablamalara görə cavabdehlər tərəfindən onun əmlakına 2300 manat məbləğində maddi zərər vurulmuşdur və əvəzi ödəməlidirlər. Belə ki,cavabdehlərin uzun müddətdir səhlənkarlığı və nəzarətsizliyi üzündən binanın kanalizasiya xəttlərinin qoşulduğu mağistral xəttdə (ana xəttdə) olan nasazlıq üzündən ana xətt tutulmuş, sonuncular tərəfindən nasazlığa vaxtında heç bir müdaxilə olmamış və bunun nəticəsində nəcislə birlikdə çirkab sular borularla əksinə binaya, o cümlədən mənzilinə qayıdaraq ayaq yolundan, hamamdan və s. yerlərdən mənzillərə dolaraq iddiaçıya əhəmiyyətli dərəcədə ziyan, bir sözlə 2300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sızıntının həqiqətən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsiri üzündən baş verməsi müəyyən edilmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ASC – nin 1 nömrəli Regional Sukanal İdarəsinin X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanımda yerləşən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 30 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavabde olaraq bildirilmişdir ki, onun müraciətində qeyd edilən məsələ 1 nömrəli Regional Sukanal idarəsinin X4 rəisinin iştirakı ilə araşdırılmış və ona mövcud problemin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbir görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir. Ona görə də məsələ ilə əlaqədar 1 nömrəli Regional Sukanal İdarəsinin X5 müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin, müraciəti ilə əlaqədar ona ətraflı izahat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/4264 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə ziyan dəydiyi müəyyən olunur. Lakin, tədqiq olunan mənzilin yerləşdiyi yaşayış binasının zirzəmisindəki mövcud olan borularda faktiki olaraq su sızıntısı, çatlamalar və birləşmə yerlərində hər hansı bir qüsur aşkar edilmədiyin su sızmasının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 3 ünvanında yerləşən 2 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2455 manat məbləğində müəyyən olunur. Mənzildəki əşyaların qiymətləndirilməsi tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin hissə üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-tikinti-texniki ekspertizasına əsasən təqdim edilmiş, 14 aprel 2023-cü il tarixli 10/8199 saylı ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində də qeyd olunduğu kimi mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzildə faktiki olaraq mərtəbəarası su sızmanın əlamətləri mövcuddur. Belə ki, mənzilin daxili divarlarının döşəməyə yaxın hissələrində su ləkələri (saralmalar), boya qatının qabarması, döşəməyə vurulmuş parketin şişməsi, aralanması və birləşmə hissələrində qaralmalar müşahidə olunmuşdur. ünvan 3 ünvanında yerləşən 2 saylı mənzildə yaranmış qüsurlar yalnız döşəmədə və daxili divarların döşəməyə yaxın hissələrində müşahidə olunduğundan həmçinin, həmin mənzilin tavan hissəsində və daxili divarların tavana yaxın hissələrində hər hansı bir qüsur aşkar edilmədiyindən yaranmış qüsurların həmin mənzilin yerləşdiyi binanın zirzəmi hissəsindən qaynaqlandığı müəyyən olunur. Lakin, tədqiq olunan mənzilin yerləşdiyi binanın zirzəmi hissəsinə baxış zamanı binanın kanalizasiya borularında və boru birləşmələrində çatlar, su sızıntısı və boru birləşmələrinin düzgün bərkidilməməsi aşkar edilməmişdir. Belə olan halda mübahisə predmeti olan mənzildə yaranan qüsurların ümumi kanalizasiya xəttinin tıxaclanması səbəbindən yaranmağa xarakterik olduğu müəyyən edilir. İş materiallarında olan Cavabdeh ASC-nin nizamnaməsindən görünür ki, Cavabdeh ASCnin tabeliyində olan hüquqi şəslər bunlardır: "xxxx" Müəssisəsi, Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İstinad edilən normaların tələblərindən göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə hesab edir ki, istinad edilən normaların tələbləri baxımından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya maddi ziyan dəyməsi işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçıya məxsus mənzilə ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi halda bunun səbəbinin və dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-tikinti-texniki-obyektlərin tədqiqi ekpertizaları təyin edilmişdir. Həmin ekspert rəylərinə əsasən iddiaçının mülkiyyətində ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə zərər dəydiyi və mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyərinin təqribən 2455 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, ekspert rəyi ilə mənzildə yaranmış qüsurların ümumi kanalizasiya xəttinin tıxaclanması səbəbindən yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Beləliklə də, iddiaçının mülkiyyətində ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə Cavabdeh ASC-nin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində 2455 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə bu sahədə xüsusi biliyə malik olduğundan ekspertin verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bununla belə məhkəmə hesab edir ki, Cavabdeh ASC – nin 1 nömrəli Regional Sukanal İdarəsinin X6 müstəqil hüquqi şəxs olmadığından, hazırki işdə cavabdeh qismində iştirak edə və zərərin əvəzinin ödənilməsi üçün məsulliyyət daşıya bilməz. Respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etmək Cavabdeh ASC Cəmiyyətin əsas funksiyalarındandır. Ona görə də, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyəti Cavabdeh ASC daşıyır. Belə ki, Azərbaycan Republikası MPM-nin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmçinin məhkəmə qeyd edir ki, ekspert rəyi ilə iddiaçıya dəymiş zərərin məbləği 2455 manat məbləğində müəyyən edilsə də, iddiaçı 2300 manat maddi zərərin tutulmasını tələb etdiyindən, dəymiş zərər iddiaçının tələb etdiyi həcmdə, yəni 2300 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-dən vurulmuş maddi zərərə görə 2300 (iki min üç yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddi tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-texniki-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat pul və məhkəmə-tikinti-texniki-obyektlərin tədqiqi ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən vurulmuş maddi zərərə görə 2300 (iki min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-texniki-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki-obyektlərin tədqiqi ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar