Məhkəmə qərarları › İş №2(004)-612/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-612/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-612/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 80.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı xx.xx.2017-ci il tarixinədək Cavabdeh 80.000 ABŞ dolları biznes qurmaq məqsədilə borc pul vermişdir. Lakin borc müqaviləsində qeyd olunmuş tarixdən artıq bir neçə müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Lakin sonradan cavabdehin atası cavabdehin əvəzinə borcu ödəmək öhdəliyini üzərinə götürmüş, bu barədə aralarında yeni müqavilə bağlanmış və hal-hazırda həmin mübahisə Səbail Rayon Məhkəməsində mübahisələndirilir. Odur ki, hazırki iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işin baxılmamış saxlanmasına etiraz etmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh borc müqaviləsi əsasında iddiaçıya ödəməli lduğu 80.000 ABŞ dolları pul vəsaitini iddiaçıya ödəmiş, bununla əlaqədar iddiaçı Notariat kontoruna ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən imzalanmış və Notariat Kontoruna təqdim edilmiş ərizədən müəyyən olunur ki, o, Cavabdeh kredit verdiyi 80.000 ABŞ dolları məbləğində pulu tam şəkildə geri aldığını və kredit müqaviləsinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etdiyindən, kredit müqaviləsinə xitam verildiyindən və bu hal İddiaçı ərizəsi ilə təsdiq edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar