Məhkəmə qərarları › İş №2(004)-6173/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6173/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6173/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh 2672 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunun 8İ-4482 nömrəli, xx.xx.2018-ci il icra sənədi qəbul edilmişdir. Gösətərilənə əsasən məhkəmə qeyd edir ki, iddiaçı yenidən xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehdən ödənilməyən - icra qeydi ilə tutulması qərara alınmış məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh 2672 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə xx.xx.2018-ci il icra qeydi olduğundan, İddiaçı ərizəsi ona geri qaytarılmalı və ona Yasamal Rayon İcra Şöbəsinə müraciət edərək, qismən icra edilmiş icra sənədinin yenidən icraya yönləndirilməsi barədə müraciət hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya Yasamal Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar