Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6208/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6300 manat məbləğində borc məbləğindən borc vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli SL0157389-2022 saylı borc müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 6300 manat məbləğində borc verilmişdir. Borc verildikdən sonra cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklər icra edilməmiş, borc müqaviləsinin 1,1 bəndində nəzərdə tutulan şərtlər icra edilməmiş və cavabdeh müvafiq borc məbləği ödəməkdən yayınmışdır. Borc məbləğinin ödənilməsi tələbi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş və hazırda cavabdehin xx.xx.2022-ci il tarixli KR0134613-2022 borc müqaviləsi üzrə iddiaçı qarşısında 6300 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Sonrakı girov müqaviləsinin 3.3.1 bəndini əsas tutaraq borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc müqaviləsinin 1.1-ci bəndinə görə borc alan borc məbləğini həmin müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 1.1-ci bəndinə görə borcun qaytarılması tərəflərin razılaşdığı müddətdə həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 6300 manat bankda 14 günlük və 1 aylıq kredit müddətinin bitmə tarixində maliyyə yardımı məqsədilə verilən məbləğ sayılır. 14 gün ərzində həmin borcu qaytarmalıdır. Borc faizsiz borcdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Həmin kredit təşkilatının filialının müdürü onun dostu idi. Onun üçün pul götürmüşdülər. Sonra pulu qaytarmadı və borc yarandı. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı QSC 6300 manat məbləğində pul vəsaitini 14 gün müddətində geri qaytarılmaq şərti ilə Cavabdeh maliyyə yardımı kimi bora verir, Cavabdeh isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı və ümumi çəkisi 0 qram olan qızıl-zinət əşyalarını girov qismində verməyi öhdəsinə götürür. Bu məbləğ faizsiz borc kimi Cavabdeh verilir. Borc məbləğinin verilməsi anı pul vəsaitinin Cavabdeh kart hesabına və ya bank hesabına köçürüldüyü an hesab edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 079/22 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı QSC-dən SL0157389-2022 saylı borc müqaviləsinə əsasən 6300 manat borc götürmüşdür. Həmin müqavilə üzrə o, xx.xx.2022-ci il tarixinədək heç bir ödəniş etməmişdir. Onun xx.xx.2022-ci il tarixədək SL0157389-2022 saylı borc müqaviləsi üzrə qalıq borcu 6300 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 6300 manat məbləğində borc verilmişdir. Bu iş materiallarına əlavə edilmiş borc müqaviləsində də öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 6300 manat məbləğində pul borc vermiş, Cavabdeh isə 14 gün müddətində borcu qaytarmağı öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 6300 manat məbləğində pulun hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6300 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6208/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6208/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver