Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6229/2020 23.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, X1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ümumilikdə Sony Playstation 4 markalı məhsul üçün 737 manat borcun, 180 manat cərimə borcunun və digər Joystik PS4 markalı məhsul üçün 121 manat borcun, 35 manat cərimə borcunun, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1103 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Smart Telecom” mağazasının sahibi, fiziki şəxs X5 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Alqı-satqı” müqavilələri bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 804 manat olan Sony Playstation 4 markalı məhsul almış, nəticədə 737 manat; xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 132 manat olan Joystik PS4 markalı məhsul almış, nəticədə 121 manat borc yaranmışdır. Bugünədək cavabdehə etdikləri müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 804 manat olan Sony Playstation 4 markalı məhsul üçün ümumilikdə 737 manat ödənilməmiş hissə, 180 manat cərimə; alqısatqı qiyməti 132 manat olan Joystik PS4 markalı məhsul üçün ümumilikdə 121 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu yaranmışdır. Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə axırıncı dəfə xx.xx.2019-cu il tarixdə 67 manat; digər xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 11 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1, 462-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X1 xeyrinə Sonu Playstation 4 markalı məhsul üçün 737 (yeddi yüz otuz yeddi) manat əsas borc, 180 (bir yüz səksən) manat cərimə borcu; Joystik PS4 markalı məhsul üçün 121 (bir yüz iyirmi bir) manat əsas borc, 35 (otuz beş) manat cərimə borcu, cəmi 1073 (bir min yetmiş üç) manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq X2na ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xeyrinə Sonu Playstation 4 markalı məhsul üçün 737 (yeddi yüz otuz yeddi) manat əsas borc, 180 (bir yüz səksən) manat cərimə borcu; Joystik PS4 markalı məhsul üçün 121 (bir yüz iyirmi bir) manat əsas borc, 35 (otuz beş) manat cərimə borcu, cəmi 1073 (bir min yetmiş üç) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq X2na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6229/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6229/2020
23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver