Məhkəmə qərarları › İş №2(004)-627/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-627/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-627/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Abdullayeva (Feyzullayeva) Mehriban Əli qızı, cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Abdullayeva (Feyzullayeva) Mehriban Əli qızı izahat verərək bildirir ki, iddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi inkahda daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4433/2013 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh mütəmadi olaraq alimenti ödəmir. Maddi imkanının geniş olmasına baxmayaraq cavabdeh, ayda 30 manat aliment ödəməklə kifayətlənir. Mövcud şəraitdə bir uşağı 30 manat məbləğlə böyütmək çox çətindir. Cavabdeh uşağın necə yaşaması və əlavə ehtiyaclarının olub-olmaması ilə maraqlanmır. Suala cavab olaraq bildirir ki, uşaqlar hər həftəsonu ataları ilə qalır. Hər şeyin qiyməti artdığından sabit pul məbləğində aliment tutulmasını istəyir. Suala cavab olaraq bildirir ki, cavabdehin aylıq gəliri barədə sübutu yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, doqquz aydır ki, heç bir yerdə işləmir. İddiaçıdan boşandıqdan sonra yenidən ailə qurmuşdur və həmin nikahdan bir uşağı doğulmuşdur. İddia tələbi ilə razı deyildir. Belə ki, əlavə gəliri yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4433/2013 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı nikahları pozulmuş birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında laborant vəzifəsində işləyir və aylıq əmək haqqı 517,05 manat təşkil edir. Məhkəmə uşağın mənafeyini, alimentin təyin edildiyi vaxta – 2013-cü ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Həmçinin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh yenidən ayriayrılıqda ailə qurmuşlar və həmin nikahdan hər birinin yenidən uşağı doğulmuşdur. İddiaçı hazırda işləyir və 517,05 manat əmək haqqı alır. Lakin cavabdeh heç yerdə işləmir və onun gəlirinin mövcud olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, bu kateqoriya işlərə baxılarkən istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyrimümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh əlavə gəlirinin olmadığını bildirərək alimenti borcu tam ödəmir. İddiaçı isə hazırda cavabdehdən hər ay 220 manat məbləğində aliment tələb edir. Odur ki, məhkəmə cavabdehin əmək haqqı və digər gəlirləri barədə rəsmi məlumatın olmamasını, himayəsində digər yetkinlik yaşına çatmayan övladının olmasını və iddiaçının aylıq əmək haqqı məbləğinin olmasını, uşağın saxlanılmasını hər iki valideyinin borcu olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləği qismən artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə ərizənin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmasını nəzərə alaraq qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4433/2013 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4433/2013 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar