Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6312/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.06.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş 874 manat əsas borc, 140 manat dəbbə pulu, 31.10.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə 1580 manat əsas borc, 475 manat dəbbə pulu, cəmi 2454 manat əsas borc, 615 manat dəbbə pulu, 30 manat dövlət rüsumunun məbləğini, ümumilikdə 3099 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən Ultratek MMC bu müqavilədə göstərilən əşyanı alıcıya verməyi, alıcı isə malın qiymətini bu müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.06.2019-cu il tarixli, ******* saylı müqaviləyə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh X5 üçün 12 ay müddətinə, 180 manat ilkin ödəniş etməklə, sonuncu ay 142 manat olmaqla hər ay 149 manat məblləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.06.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Cavabdeh X3 təhvil almışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh bağlanmış 31.10.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən Ultratek MMC bu müqavilədə göstərilən əşyanı alıcıya verməyi, alıcı isə malın qiymətini bu müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.10.2019-cu il tarixli, ******* saylı müqaviləyə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Xəlilov X1 markalı televizor üçün 12 ay müddətinə, 200 manat ilkin ödəniş etməklə, sonuncu ay 151 manat olmaqla hər ay 159 manat məblləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Xəlilov X1 markalı televizoru təhvil almışdır. İş materiallarında olan 19.08.2021-ci il tarixli və 26.08.2021-ci il tarixli pretenziya məktublarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.09.2021-ci il tarixli maliyyə arayışlarına əsasən müəyyən olunur ki, 27.06.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə cavabdehin 874 manat əsas, 140 manat dəbbə borcu olmaqla, cəmi 1014 manat borcu, 31.10.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə 1580 manat əsas, 475 manat cərimə borcu olmaqla, cəmi 2055 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27.06.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə 874 manat əsas borc, 31.10.2019-cu il tarixli, ******* №-li alqısatqı müqaviləsi üzrə 1580 manat əsas borc, cəmi 2454 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 2554 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalıdır. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.06.2019-cu il tarixli, 0006326№-li alqı-satqı müqaviləsi üzrə 874 manat əsas borc, 31.10.2019-cu il tarixli 0011698№-li alqı-satqı müqaviləsi üzrə 1580 manat əsas borc, cəmi 2454 manat əsas borc, 100 manat dəbbə pulu ümumilikdə 2554 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov İş № 2(004)-6312/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yasamal Rayon Məhkəməsi Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhərində 21 oktyabr 2021-ci il tarixdə saat 09:40-da açıq məhkəmə iclasında baxılır. Sədrilik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmənin baxış iclasını açır və baxılan işi elan edir. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 179–cu maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sədrlik edən yerində müşavirə edərək qərara alır: Məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilsin. Sədrlik edən iş materiallarını elan edir, sənədlər hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətnaməni elan edir. Qətnamənin məzmunu, ondan apelyasiya qaydasında şikayət vermə müddəti və qaydası izah olunur. Məhkəmə iclası saat 09:50-də bağlı elan olunur. Protokol 21 oktyabr 2021-ci il tarixdə tərtib edildi.. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(004)-6312/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6312/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver