Məhkəmə qərarları › İş №2(004)-6314/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6314/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6314/2021 01.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı Bank of Baku ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank of Baku ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4580,27 manat məbləğində əsas borcun, 1239,45 manat məbləğində faiz borcunun, cəmi 5819,72 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank of Baku ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.07.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 51 ay müddətinə, illik 23% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 27.10.2021-ci il tarixdə iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X1 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 18 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 18 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, banka olan borcunu qəbul edir, lakin bir müddət xəstə olduğundan ödənişləri etməkdə çətinlik çəkmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 18.07.2018-ci il tarixli, CP/65546/64 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı Bank of Baku ASC tərəfindən Cavabdeh 51 ay müddətinə illik 23% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək müqavilə üzrə borcalanın vəzifəsidir. Bank of Baku ASC tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank of Baku ASC arasında bağlanmış 18.07.2018ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 4580,27 manat məbləğində əsas, 1239,45 manat məbləğində faiz borcu vardır. 18.07.2018-ci il tarixli 3036 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 7000 (yeddi min) manat ödəniş edilmişdir. Bank of Baku ASC-nin Cavabdeh ünvanladığı 02 sentyabr 2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 18.07.2018-ci il tarixli, CP/65546/64 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. 14 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank of Baku ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank of Baku ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank of Baku ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Məhkəmə 18.07.2018-ci il tarixli, CP/65546/64 nömrəli kredit müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, 4580,27 (dörd min beş yüz səksən manat iyirmi yeddi qəpik) manat məbləğində əsas, 1239,45 (min iki yüz otuz doqquz manat qırx beş qəpik) manat məbləğində faiz borcu, cəmi 5819,72 (beş min səkkiz yüz on doqquz manat yetmiş iki qəpik) manat Cavabdeh tutularaq Bank of Baku ASC-nə ödənilməli, Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 18.07.2018-ci il tarixli, CP/65546/64 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank of Baku ASC tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18.07.2018-ci il tarixli, CP/65546/64 saylı kredit müqaviləsi üzrə 4580,27 (dörd min beş yüz səksən manat iyirmi yeddi qəpik) manat məbləğində əsas, 1239,45 (min iki yüz otuz doqquz manat qırx beş qəpik) manat məbləğində faiz borcu, cəmi 5819,72 (beş min səkkiz yüz on doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Bank of Baku ASC-nin xeyrinə ödənilsin. Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 18.07.2018-ci il tarixli, CP/65546/64 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar