Məhkəmə qərarları › İş №2(004)-6376/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6376/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6376/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 6438.06 manat məbləğində əsas borcun, 43.56 manat məbləğində faiz borcunun, cəmi 6481.62 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 29.12.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 1% olmaqla 6444.18 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Belə olan halda kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, iddiaçı Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 6438.06 manat məbləğində əsas borcun, 43.56 manat məbləğində faiz borcunun, cəmi 6481.62 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş edir. 26.10.2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X5 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini, işə bankın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, eləcə də AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış FR/20578/73 saylı, 29.12.2019-cu il tarixli “Güzəştli Kredit Müqaviləsinin” (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar restrukturizasiya olunur) məzmunundan görünür ki, X2 xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli FR/20578/73 saylı “Güzəştli Kredit Müqaviləsinə” əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6444,18 (altı min dörd yüz qırx dörd manat on səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh X2 6438,06 manat məbləğində əsas, 43,56 manat manat faiz borcu vardır. İddiaçı ASC-nin X3 ünvanladığı 02 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 08.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X4 iddiaçı Bank of Baku” ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh X4 İddiaçı ASC-dən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunmuş və FR/20578/73 saylı, 29.12.2019-cu il tarixli “Güzəştli Kredit Müqaviləsinə” əsasən illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6444.18 (altı min dörd yüz qırx dörd manat on səkkiz qəpik) manat məbləğində aldığı krediti iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASC-nin iddia tələbi əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 ilə bağlanmış kredit müqaviləsi ləğv edilməli və cavabdehdən 6438,06 (altı min dörd yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində əsas, 43,56 (qırx üç manat əlli altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 6481,62 (altı min dörd yüz səksən bir manat altmış iki qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6438,06 (altı min dörd yüz otuz səkkiz manat altı qəpik) manat əsas borc, 43,56 (qırx üç manat əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi 6481,62 (altı min dörd yüz səksən bir manat altmış iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019cu il tarixli FR/20578/73 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar