Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6405/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi, Bağlar Massivində yerləşən bağ evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən qanunla müəyyən edilmiş məbləğdə yəni, 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsi müəyyən edilsə də, dövlət rüsumunun ödənilməsi təyinatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. Belə ki, iş materiallarında əlavə edilmiş 22401 nömrəli qəbzdən görünür ki, 02.08.2021-ci il tarixli qəbz İddiaçı tərəfindən təyinatı üzrə Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı hazırki tələblə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, istifadə hüququnun tanınması xahiş edilən yaşayış sahəsi Abşeron rayonu, Novxanı kəndi, Bağlar Massivində yerləşdiyindən, iddiaçı sözü gedən tələblə Abşeron rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hesab edirəm ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6405/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6405/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver