Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6436/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, X1 cavabdeh BOKT “X8” MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 cavabdeh BOKT “X8” MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BOKT “X8” MMC-dən aldığı kredit müqavilələrinin həqiqiliyinin və kreditin devalvasiya tarixlərində məbləğinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilərək ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə ümumi icraat qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı hazırki halda, aidiyyəti inzibati orqandan kompensasiyanın ödənilməsi barədə imtina aldıqdan sonra, ona verilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməklə ödənilməsi öhdəliyinin müvafiq inzibati orqanın (hazırki halda X7 Palatasının səlahiyyətlərini icra edən Mərkəzi Banka) üzərinə qoyulmasına dair iddia ərizəsi ilə, həmin inzibati orqana qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçınıın eyni tələblə bağlı iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5956/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardad ilə geri qaytarılmış və həmin qərardadla hazırda qeyd olunan xüsusatlar iddiaçının nəzərinə çatdırılmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 cavabdeh BOKT “X8” MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6436/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6436/2020
11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver