Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6494/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0046496-F saylı kredit, BK-00011144 saylı zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 8970,51 manat, faiz borcu üzrə 105,90 manat, cəmi 9076,41 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK- 0046496-F saylı, 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə, 60 ay müddətinə,12 ay güzəşt tətbiq olunmaql, illik 1% olmaqla 9793,09 manat məbləğində krediti borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.05.2019-cu il tarixli ödəniş qrafikinə əsasən müəyyən olunur ki, cavabdeh 60 ay müddətinə, ilk 12 ay güzəşt olunmaqla, sonuncu ay 221,21 manat olmaqla, hər ay 208 manat, cəmi 10097,30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış BK- 00011144 saylı, 30.05.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminlik müqaviləsi ilə təmin olunan öhdəlik bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən 30.05.2019-cu il tarixli L-BK-0046496-F saylı krdit müqaviləsi ilə borclu Cavabdeh2 60 ay müddətinə verilmiş 9793,09 manat məbləğində kreditdir. Həmin müqavilə ilə, kreditlə bağlı borclu müqaviq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək Zamin Kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 16.09.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 8970,51 manat əsas, 105,90 manat faiz borcu olmaqla, cəmi 9076,41 manat borcu vardır. İş materiallarında olan 03.09.2021-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0046496-F saylı, 30.05.2019-cu il tarixli kredit müqaviləsi və Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış BK-00011144 saylı, 30.05.2019-cu il tarixli zaminlik müqaviləsi ləğv olunmalı, cavavbdehlər Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 8970,51 manat, faiz borcu üzrə 105,90 manat, cəmi 9076,41 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmiş, Cavabdeh1 isə borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0046496-F saylı, 30.05.2019-cu il tarixli kredit müqaviləsi və Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış BK-00011144 saylı, 30.05.2019-cu il tarixli zaminlik müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 8970,51 manat, faiz borcu üzrə 105,90 manat, cəmi 9076,41 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6494/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6494/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver