Məhkəmə qərarları › İş №2(004)-6521/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6521/2020

17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6521/2020 17.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi barədə" iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Yasamal Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizə Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən əgər bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalı və həmin tələblər ərizədə dəqiq göstərilməlidir. Lakin, iddiaçı məhkəməyə müraciət edərkən tələbini dəqiqləşdirməyərək iddia ərizəsinin nəticə hissəsində Cavabdeh qarşı tələbinin nədən ibarət olmasını ifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi barədə" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar