Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6548/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1972 manat, faiz borcuna görə 243 manat AZN, cərimə borcuna görə 45,36 AZN, cəmi 2260,36 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “FİNCA Azerbaijan” MM QBKT ilə X2 arasında bağlanmış 29.01.2020-ci il tarixli, **********2301 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kənd təsərrüfatının yaxşılaşdırılması üçün 18 ay müddətinə 2000 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digır ödənişləri kredit verənə verməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit müaviləsinin 8-ci bəndinə əsasən cavabdeh 29.02.2020-ci il tarixdən 29.07.2021-ci il tarixədək sonuncu ay 140 manat olmaqla, hər ay 142 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit kartının qəbul aktına əsasən kredit alan kredit məbləğini nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti həcmində üzərində Fincard adı qeyd edilmiş, **********63964 saylı kredit kartında almışdır. İş materiallarında olan Cavabdeh2 oğlu ilə “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanmış 29.01.2020-ci il tarixli **********2***-******* nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin 29.01.2020-ci il tarixli, **********2301 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.06.2020-ci il tarixli 29.01.2020-ci il tarixli **********2301 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair **********0460 №-li sazişə əsasən müəyyən olunur ki, həmin sazişin imzalandığı tarixə əsas qalıq borc məbləği 2095 manat təşkil edir, həmin məbləğ 14 ay müddətində ödəniləcəkdir. Kredit alan ilk 3 ay güzəşt olmaqla, 29.07.2021-ci il tarixədək 13 ay müddətinə hər ay 223 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin saziş zamin və kredit alan tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan 10.09.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin 1972 manat əsas, 243 manat faiz, 45,36 manat cərimə borcu olmaqla, cəmi 2260,36 (iki min iki yüz altmış manat, otuz altı qəpik) manat borcu vardır. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu vaxtında ödəməmiş, zamin Cavabdeh2 isə borcun ödənilməsini təmin etməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1972 manat əsas borc, 243 manat faiz borcu, 45,36 manat cərimə borcu olmaqla, cəmi 2260,36 (iki min iki yüz altmış manat, otuz altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Bank “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin 2-ci bəndinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1972 manat əsas borc, 243 manat faiz borcu, 45,36 manat cərimə borcu olmaqla, cəmi 2260,36 (iki min iki yüz altmış manat, otuz altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Bank “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6548/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6548/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver