Məhkəmə qərarları › İş №2(004)-6549/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6549/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6549/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 20740 manat əsas, 2280.50 manat faiz, 4.67 manat cərimə borcu olmaqla, cəmi 23025.17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 18.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 17% ödəmək şərtilə 20740 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22.09.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 20740 manat əsas, 2280.50 manat faiz, 4.67 manat cərimə borcu olmaqla, cəmi 23025.17 manat borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, iddiaçı tərəfindən onun banka qarşısında olan əvvəlki kredit müqaviləsi borcu restrukturizasiya edilmiş və həmin vaxt onun borcu düzgün hesablanmamışdır. Bank hazırda, ondan artıq məbləğ tələb edir. İddiaçı tərəfindən ona heç bir güzəşt edilməmiş və onunla əməkdaşlığa getmirlər. Düzdür müqavilə bağlamış və müqavilə üzrə öhdəliyini yerinə yetirməlidir. Lakin digər bankada borcu olmuş, həmin bankın əməkdaşları onunla razılaşaraq ödəməsinə şərait yaratmışlar. Əgər mümkündürsə faiz borcunun hesablanması dayandırılsın. Bundan başqa tələb edilən məbləği bir dəfəyə ödəmək iqtidarında deyildir. Belə ki, o, hissə-hissə 300 manat ödəniş edə bilər. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 18.01.2021-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 17% ödəmək şərtilə 20740 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun 22.09.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 20740 manat əsas, 2280.50 manat faiz, 4.67 manat cərimə borcu olmaqla, cəmi 23025.17 manat borcu yaranmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 439.1, 439.2, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 20740 (iyirmi min yeddi yüz qırx) manat, faiz borcu üzrə 2280 (iki min iki yüz səksən) manat 50 (əlli) qəpik, 4 (dörd) manat 67 (altmış yeddi) qəpik cərimə məbləği olmaqla, cəmi 23025 (iyirmi üç min iyirmi beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 20740 (iyirmi min yeddi yüz qırx) manat, faiz borcu üzrə 2280 (iki min iki yüz səksən) manat 50 (əlli) qəpik, 4 (dörd) manat 67 (altmış yeddi) qəpik cərimə məbləği olmaqla, cəmi 23025 (iyirmi üç min iyirmi beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar