Məhkəmə qərarları › İş №2(004)-6554/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6554/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6554/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştiraki ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 9650,52 (doqquz min altı yüz əlli manat əlli iki qəpik) manat əsas, 677,75 (altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) manat faiz, 10,62 (on manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 10338,89 (on min üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 9651 (doqquz min altı yüz əlli bir) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 avqust 2021-ci il tarixinə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 9650,52 (doqquz min altı yüz əlli manat əlli iki qəpik) manat əsas, 677,75 (altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) manat faiz, 10,62 (on manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 10338,89 (on min üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" X1 Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 04.11.2021-ci il tarixdə iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nin nümayəndəsi Ramil Əhmədov ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini, işə bankın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 01 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% ödəmək şərtilə 9651 (doqquz min altı yüz əlli bir) manat məbləğində kredit verilmişdir. Kredit üzrə müəyyən qədər aylıq ödənişləri edirmiş. Borc məbləğini qəbul edir. Lakin həmin məbləği hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 380nkİNSH/21 nömrəli, 01 fevral 2021-ci il tarixli kredit və bank hesabı müqaviləsinin məzmunundan görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25% ödəmək şərtilə 9651 (doqquz min altı yüz əlli bir) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 380nkİNSH/21 nömrəli, 01 fevral 2021-ci il tarixli kredit və bank hesabı müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh müvafiq müqavilə üzrə 60 ay ərzində ayda 284 (iki yüz səksən dörd) manat (sonuncu ay 215,90 (iki yüz on beş manat doxsan qəpik) manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış 380nkİNSH/21 nömrəli, 01 fevral 2021-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən, cavabdehin "xxxx" X1 Səhmdar Cəmiyyətinə 9650,52 (doqquz min altı yüz əlli manat əlli iki qəpik) manat əsas, 677,75 (altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) manat faiz, 10,62 (on manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 10338,89 (on min üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 21 iyun 2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. İş materiallarında olan 12 avqust 2021-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 2412nkBANK/18 nömrəli, 23 may 2018-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 9650,52 (doqquz min altı yüz əlli manat əlli iki qəpik) manat əsas, 677,75 (altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) manat faiz, 10,62 (on manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 10338,89 (on min üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 9650,52 manat əsas, 677,75 manat faiz, 10,62 manat cərimə, cəmi 10338,89 (on min üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar