Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6562/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2846 (iki min səkkiz yüz qırx altı) manat vurulmuş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərmaş Alyans” MMC” ilə 13.03.2020-ci il tarixli, ALY-34 nömrəli “X4” əsasında lizinqə verilmiş “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə vermişdir. Digər Cavabdeh2 isə həmin sürücünü onunla tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən 07.02.2021-ci il tarixdə, saat 10:00 radələrində Bakı-Quba yolunda manevr qaydalarını pozmuş və bununla əlaqədar 207 nömrəli arayış tərtib edilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 2846 (iki min səkkiz yüz qırx altı) manat məbləğində zərər dəymişdir. Hər iki cavabdeh qeyd olunmuş zərəri ödəməkdən imtina etmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar işə onun iştirakı olmadan baxılıb, avtomobilə vurulmuş zərərlə bağlı qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə irəli sürülmüş tələbin hüqiqi əsasını, iş materiallarını, təqdim olunmuş sübutları araşdıraraq və onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 13.03.2020-ci il tarixli ALY-34 nömrəli X2 əsasən “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "Azərmaş Alyans” MMC' tərəfindən İddiaçı lizinqə verilmişdir. 06.08.2020-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC” tərəfindən Cavabdeh1 Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. 19.03.2021-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC” tərəfindən X1 Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. 07.02.2021-ci il tarixli, 207 nömrəli arayışın surətindən görünür ki, Bakı-Quba yolunun 28 km. ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Mersedes-benz ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin iştirakçıları barədə məlumat qrafasında Mersedes-benz ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin X5, “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X3 tərəfindən idarə olunduğu müəyyən edilir. 28.06.2021-ci il tarixli RS avtosertvis tərəfindən tərtib olunmuş aktla “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanmasına dair aktda yekun zərər 2846 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki işin araşdırılması zamanı müəyyən olundu ki, “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC” tərəfindən İddiaçı lizinqə verilmiş, sonradan isə müvafiq etibarnamələr əsasında qeyd olunan şirkət Cavabdeh1 və X1 avtomobili idarə etmək səlahiyyəti vermişdir. 07.02.2021-ci il tarixdə Bakı-Quba yolunun 28 km. ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə DYP tərəfindən rəsmiləşdirilmiş arayışla təsdiq olunmuş və hadisə zamanı “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin X3 olduğu müəyyən edilmişdir. Hazırda isə iddiaçı avtomobilinə vurulmuş ziyanın əvəzini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın və məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, mülki qanunvericiliyin tələbinə görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmədi, belə ki, iddiaçı avtomobilə zərərin vurulmasına səbəb olan cavabdehlər qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya lizinqə verilmiş “Ravon R 3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 07.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yetirilməsi iş materialları, təqdim olunmuş sübutlar və məhkəmədə hərtərəfli tədqiq olunmuş işin halları ilə öz təsdiqini tapmadı. Bundna başqa məhkəmə iddiaçının cavabdehlərdən Cavabdeh2 qarşı, onun, iddiaçını digər cavabdehlə tanış etməsi və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürməsi əsası ilə iddia tələbi irəli sürməklə ondan da, maddi ziyan tələb etməsnə dair iddia tələbini əsassız sayır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2846 (iki min səkkiz yüz qırx altı) manat vurulmuş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə iddiasının heç bir hüquqi əsası yoxdur və tələb təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələblərinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmə xərcləri iddiaçıya aid edilir. Belə olan halda, məhkəmə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair hüquqi və faktiki əsaslar olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6562/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6562/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver