Məhkəmə qərarları › İş №2(004)-6605/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6605/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6605/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı Rabitəbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Rabitəbank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, YSNPU- 3581 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat, faiz borcuna 240,93 (iki yüz qırx manat oxsan üç qəpik) manat, dəbbə borcuna görə 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Rabitəbank ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsinə əsasən illik 24 % olmaqla 30 (otuz) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 223,25 (iki yüz iyirmi üç manat iyirmi beş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat, faiz borcuna 240,93 (iki yüz qırx manat oxsan üç qəpik) manat, dəbbə borcuna görə 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat, faiz borcuna 240,93 (iki yüz qırx manat oxsan üç qəpik) manat, dəbbə borcuna görə 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat pul tutulmalıdır. Ona görədə Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat, faiz borcuna 240,93 (iki yüz qırx manat oxsan üç qəpik) manat, dəbbə borcuna görə 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. 25.10.2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Yeganə İskəndərova elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı Rabitəbank ASC tərəfindən Cavabdeh istehlak məqsədilə 30 ay müddətinə illik 24% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək müqavilə üzrə borcalanın vəzifəsidir. Rabitəbank ASC tərəfindən tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Rabitəbank ASC arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 nömrəli kredit müqaviləsinə əsasən 22 sentyabr 2021-ci il tarixinə 2224,73 manat əsas borc, 240,93 manat faiz borcu, 29,82 manat cərimə, cəmi 2495,48 manat məbləğində borcu vardır; 13.09.2019-cu il tarixli KRD_MEX_YSNPU-3581_130919 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 5000 (beş min) manat ödəniş edilmişdir. Rabitəbank ASC-nin Cavabdeh ünvanladığı 31 avqust 2021-ci il bildirişdən müəyyən olunur ki, Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 kredit müqaviləsinə əsasən yaranmış cəmi 2935,32 manat borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. 27 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Rabitəbank ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Rabitəbank ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Rabitəbank ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Məhkəmə 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat, faiz borcuna 240,93 (iki yüz qırx manat doxsan üç qəpik) manat, dəbbə borcuna görə 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat Cavabdeh tutularaq Rabitəbank ASC -nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Rabitəbank ASC tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, YSNPU-3581 saylı kredit müqaviləsi üzrə 2224,73 (iki min iki yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat əsas borc, 240,93 (iki yüz qırx manat doxsan üç qəpik) manat faiz borcu, 29,82 (iyirmi doqquz manat səksən iki qəpik) manat cərimə olmaqla, cəmi 2495,48 (iki min dörd yüz doxsan beş manat qırx səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Rabitəbank ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar