Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6607/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 Sentyabr 20İ9-cu il tarixli, RBXF-307_KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 737,89 (yeddi yüz otuz yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 2,58 (iki manat 58 qəpik) manat, cəmi 740,47 (yeddi yüz qırx manat 47 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 862,89 (səkkiz yüz altmış iki tam yüzdə səksən doqquz ) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 18 Sentyabr 2019-cu il tarixdə “Rabitəbank'’ ASC-nin Yasamal filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 Sentyabr 2019-cu il tarixli, RBXF-307_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 Sentyabr 2019-cu il tarixli, RBXF-307 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazıb və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 18-dan gec olmayaraq hər ay 14.76 (on dörd manat 76 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 18 Sentyabr 2019-cu il tarixli, RBXF-307 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 737.89 (yeddi yüz otuz yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 2,58 (iki manat 58 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 740,47 (yeddi yüz qırx manat 47 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra elmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7 KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 737.89 (yeddi yüz otuz yeddi manat 89 qəpik) manat, faiz borcuna görə 2,58 (iki manat 58 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 740.47 (yeddi yüz qırx manat 47 qəpik) manat pul tutulmalıdır. 25.10.2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Yeganə İskəndərova elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı ASC-nin ona qarşı olan 740,47 manat borcu etiraf etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh1 onun oğludur, kredit müqaviləsi onunla bağlanmış, o isə oğluna zamin dayanmışdır. Kredit borcunu ailə xərclərinə görə götürmüşlər, sonradan pandemiya səbəbindən ödənişləri vaxtında edə bilməmişlər. Cavabdeh1 da iddiadan məlumatı vardır. İddianı qəbul edir. Qısa müddətdə həmin məbləği ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 Sentyabr 2019cu il tarixli, RBXF-3O7_KMP saylı kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı Rabitəbank ASC tərəfindən Cavabdeh1 istehlak məqsədilə 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 862,89 (səkkiz yüz altmış iki manat səksən doqquz qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 Sentyabr 2019cu il tarixli, RBXF-3O7_KMP saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin 18 Sentyabr 2019-cu il tarixli, RBXF-307_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İddiaçı ASC tərəfindən tərtib edilmiş 27 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə Rabitəbank ASC arasında bağlanmış 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7KMP saylı kredit müqaviləsinə əsasən 27 sentyabr 2021-ci il tarixinə 737,89 manat əsas borc, 2,58 manat faiz borcu, cəmi 740,47 manat məbləğində borcu vardır. 18.09.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 862,89 (səkkiz yüz altmış iki manat səksən doqquz qəpik ) manat ödəniş edilmişdir. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda ünvanladığı 12 avqust 2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7KMP saylı kredit müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəmələri barədə, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. 27 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Rabitəbank ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişlər. Məhkəmə 18 Sentyabr 2019-cu il tarixli, RBXF-3O7_KMP saylı kredit müqaviləsini və zaminlik müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi tam təmin edilməli, cavabdehlərdən 737,89 (yeddi yüz otuz yeddi manat səksən doqquz qəpik) manat əsas, 02,58 (iki manat əlli səkkiz qəpik) manat faiz borcu tutularaq Rabitəbank ASC -nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 737,89 (yeddi yüz otuz yeddi manat səksən doqquz qəpik) manat əsas borc, 2,58 (iki manat əlli səkkiz qəpik) manat faiz borcu, cəmi 740,47 (yeddi yüz qırx manat qırx yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6607/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6607/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver