Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6629/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafıq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 31 manat 02 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 201 manat 42 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanmasi üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il. 15.03.2011-ci il. 01.10.2014-cü il 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Belə ki, AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 22 saylı MKİS tərəfindən verilən arayışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 2007-ci ildən cavabdehə məxsusdur. 21.02.2010-cu il tarixdə həmin ünvanda yaşayan Məmmədov Osman ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş,son ödəməsini 01.09.2015-ci il tarixinədək etmiş və həmin ünvan 20.11.2015-ci il tarixdə 26 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 22.02.2016-cı il tarixdə "xxxx" hüquq fırmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 5531 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı ММС-уə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunan ünvanın şəbəkədən ayrıldığı 20.11.2015-ci il tarixdən 22.02.2016-cı il tarixli qanunsuz qoşulma faktı aşkar edilənədək müddət 94 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma noticəsində vurduğu zərər 31 manat 02 qəpik təşkil edir. Belə ki, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdiə və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin son ödənişi 01.09.2015-ci il tarixdə olmuş və o, 20.11.2015-ci il tarixdə şəbəkədən ayrılmışdır. 22.06.2016-cı il tarixdə cavabdehin qanunsuz olaraq şəbəkəyə qoşulması halı aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Mənzili Xatirə Kərimova adlı şəxs açmış, evdə kabel televiziyasının göstərdiyini, özünün isə həmin mənzildə kirayə yaşadığını bildirmişdir. Həmin aktda da sonuncu özü imza etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş və Birlik tərəfindən bildiriş cavadbehə çatdırılmışdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında 22 saylı MKİS-nin 19.07.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və mənzil 2007-ci il tarixdən onun adınadır. İş materiallarında olan İddiaçı MMC-nin «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 5531 N nömrəli, 22 fevral 2016-cı il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları ünvan 2 ünvanında yerləşən 13 nömrəli mənzildə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 14 may 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Məmmədov Osman arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 21.02.2010-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01.09.2015-ci il tarixinədək isə son ödəməsini edib. 20.11.2015-ci il tarixində 26 manat 60 qəpik borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə ödənilmişdir. İş materiallarında olan video CD-dən görünür ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 13 nömrəli mənzilə dair KATV1 Kabel Televiziyasının şəbəkəsinə qanunsuz quşulmuşdur. Azərbaycan Respublikası «Telekommunikasiya haqqında» Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin 150 (yüz əlli) manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh işi ilə əlaqədar olaraq hüquqi xidmətin göstərilməsi ilə bağlı Ədalət A firmasına 150 (yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat pul vəsaitindən 75 (yetmiş beş) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 31 (otuz bir) manat 02 (iki) qəpik miqdarında abunə haqqı qismində vurulmuş zərər, 75 (yetmiş beş) manat məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 106 (yüz altı) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının 41.44 %-i, yəni 8 (səkkiz) manat 46 (qırx altı) qəpiyi iddiaçıya aid edilməli, qalan 58.56 %-i, yəni 11 (on bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 31 (otuz bir) manat 02 (iki) qəpik miqdarında abunə haqqı qismində vurulmuş zərər, 75 (yetmiş beş) manat məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 106 (yüz altı) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının 41.44 %-i, yəni 8 (səkkiz) manat 46 (qırx altı) qəpiyi iddiaçıya aid edilsin, qalan 58.56 %-i, yəni 11 (on bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6629/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6629/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver