Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-663/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6-Məmmədova Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC-yə) qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC-yə) qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nikoyl İKB ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 3-MZQ-2-0-587-14 saylı kredit müqaviləsi üzrə qanunsuz hesablanmış borcların silinməsi, banka girov qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən qanunsuz olaraq mənimsənməsi faktı ilə bağlı xüsusi qərardad çıxararaq prokrorluğa məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nikoyl İKB ASC ilə aralarında xx.xx.2014-cü il tarixli, 3-MZQ-2-0-587-14 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq eyni tarixli girov müqaviləsi bağlanmış, 19150 ABŞ dolları kreditin qarşılığında bank tərəfindən məndən 8549 ABŞ dolları dəyərində girov qəbul edilmişdir. 2017-ci il tarixdə Nikoyl İKB ASC tərəfindən 10797.47 ABŞ dolları məbləğində borc tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə prosesləri iddiaçının iştirakı olmadan keçirilmiş, bankın tələbi təmin olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, müqavilə bağlandığı tarixdən, yəni, 2014-cü il 05 sentyabrdan 2017-ci ilədək mütəmade olaraq ödənişlər etmişdir. Məhkəməyə müraciət edilən dövrdə kredit borcunun 10797.47 ABŞ dolları olması qeyri mümkün idi. Lakin, məhkəmə onun ödənişlərini nəzərə almamaqla yanaşı, heç bir mühasibatlıq ekspertizası keçirilmədən iddia tələbini olduğu kimi təmin etmişdir. Onu da qeyd etmək istəyir ki, Nikoyl İKB ASC məhkəməyə iddia tələbi ilə müraciət edərkən, xx.xx.2014-cü il tarixli, 3- MZQ-2-0-587-14 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış girov müqaviləsini məhkəməyə təqdim etməməklə yanaşı, kredit borcunu təminatsız borc olaraq qələmə vermiş, həm onun üç il ərzində etdiyi ödənişləri nəzərə almamış, həm də girov qoyduğu qızıl zinət əşyalarının qanunsuz olaraq satışını həyata keçirmiş, lakin satışdan əldə olunan vəsaiti kredit borcuna yönəltməməklə saxtakarlıq etmiş, uydurma əqdlər rəsmiləşdirirərək girov qoyduğu qızıl-zinət əşyalarını mənimsəmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı, girov predmetinin satışının həyata keçirilməsinə əsas olacaq heç bir bildiriş məhkəməyə təqdim olunmamış, qanunsuz olaraq keçirilmiş hərracın nəticəsini özündə əks etdirən heç bir protokol iş materiallarına əlavə edilməmişdir. Bu barədə banka müraciət edərkən iddiaçıya bildirmişlər ki, guya bank onun borcu ola ola girov predmetini ona geri qaytarmışdır. Buna əsas olaraq onun girov predmeti kassadan çıxarkən imzaladığı razılığı gətirirlər, hansı ki o həmin sənədi ona görə imzalamışdır ki girov qızıllar kassadan çıxarılsın və bankın əməkdaşları tərəfindən satılıb borcuna ödənilsin. Bankın əməkdaşları ona bildirmişdilər ki qızılları satılacaq, borcuna yönələcək, bununla da banka heç bir borcun qalmayacaq. O bu şərtlə kassadan girovun çıxarılması barədə sənədi imzalamışdır ki, qızılı kassadan çıxarılıb satılsın və borcuna yönəlsin. Daha sonra ona məlum olub ki bankın işçiləri qızılları kassadan çıxararaq satmış, lakin borcuna yönəltməmişlər. Bankın əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Yasamal Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinə 07 noyabr 2023-cü il tarixli məktubla cavab verilmiş, ona mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Ümid edir ki, məhkəmədə mülki işə baxılarkən Nikoyl İKB ASC-nin əməkdaşları tərəfindən törədilən cinayət əməlləri də müəyyən edilib, lazımi orqanlara məlumat verilməklə cinayət təqibinin həyata keçirilməsinə kömək olacaqdır. Diqqətə çatdırır ki, Nikoyl İKB ASC ilə aralarında bağlanmış girov müqaviləsinin 3.2-ci maddəsinin tələbinə əsasən, girov predmetinin dəyəri verilmiş kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin, habelə, tutma xərclərinin ümumi məbləğinin həcmindən az olmamalı idi. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, girov qoyulmuş əmlakın dəyərinin azalması(inflyasiya və s səbəblərdən) müəyyən edildikdə Girov saxlayanın tələbi ilə Girov qoyan azalmış məbləğ həcmində girov predmetini artırmalı, dəyişməli və ya əlavə girov qoymalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, kredit müqaviləsi qüvvədə olduğu müddətdə qızılın qiymətində heç bir azalma qeydə alınmamış, əksinə qızılın bazar dəyəri nəinki hər il, hətta hər gün qalxmaqda davam etmişdir. Bundan əlavə, qeyd etmək istəyir ki, girov qoyduğu qızıl zinət əşyalarının məbləğində heç bir azalma olmamış, kredit götürdüyü tarixdən, bankın guya qızıllarını satıb borcuna ödədiyi tarixədək heç bir girov predmetini kassadan götürməmişdir. Yuxarıda qeyd olunanları və Bankın ona girov predmetinin borcuna kifayət etməyəcəyi barədə heç bir xəbərdarlıq etməməsini, heç bir əlavə girov tələb etməməsini nəzərə alınsa, onun Nikoyl İKB ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 3-MZQ-2-0-587-14 saylı kredit müqaviləsi üzrə yaranmış və məhkəmənin təmin etdiyi 10277.47 ABŞ dolları borcu həmin kredit müqaviləsi üzrə qoyduğu qırıntı olaraq hesablanıb 8549 ABŞ dolları dəyərində qiymətləndirilmiş girov predinin satışından ödənməli və artıq qalan məbləğ bank hesabına köçürülməli idi. Nikoyl İKB ASC-nin əməkdaşları onun xəbəri olmadan girov predmetini satmış, satışdan əldə olunan vəsaiti borcuna yönəltməmişdir. Beləliklə, bank onun qiymətli əşyalarını mənimsəmiş, ələ keçirmişdir. Halbuki, qanuni olaraq hərrac keçirilib girov predmeti bazar dəyərinə uyğun qiymətə satılsa idi onun Nikoyl İKB ASC-yə heç bir borcu qalmamaqla yanaşı, qızıllarının satışından əldə olunan vəsaitdən artıq qalan məbləği onun bank hesabına köçürülməli idi. Qeyd olunanlardan göründüyü kimi, Nikoyl İKB ASC-nin əməkdaşları onun girov qoyduğu qızıl zinət əşyalarını qanunsuz olaraq ələ keçirmiş, bununla kifayətlənməyərək, kredit müqaviləsini təminatsız kredit müqaviləsi kimi qələmə verərək ondan artıq borc tələb etmişdir. Hansı ki, tərəflər arasında notariat qaydasında təsdiqlənmiş razılaşma olmadığından Nikoyl İKB ASC-nin tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli idi. Qeyd olunanları nəzərə alaraq, Nikoyl İKB ASCnin törətdiyi əməlləri qanuna uyğun şəkildə qiymətləndirməyi sənədləri saxtalaşdırmaqla ona məxsus qiymətli əşyaları ələ keçirib dələduzluq etmələri faktları ilə bağlı halların aşkara çıxarılması üçün tədbir görməyi və lazımi orqanlara xəbər verməyi məhkəmədən xahiş edir. Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Cavabdeh ilə İddiaçı arasında girov predmetinin məhkəməyə müraciət edilmədən girov qoyulmuş əşya hesabına ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilə olmamış, girov saxlayan cavabdeh isə məhkəməyə müraciət etmədən qızıl-zinət əşyalarını sataraq (əslində guya satılmış kimi göstərərək) tələbi girov qoyulmuş əşyanın dəyərindən ödəmişdir. Cavabdeh iddiaçının kredit borcunun ödənilməsinin təminatı qismində girov kimi qoyulmuş qızıl-zinət əşyalarını qanunvericiliyin tələblərini pozmaqla, eyni zamanda həmin əşyaların həqiqi dəyərindən xeyli miqdarda aşağı satmaqla (əslində satılmış kimi göstərən uydurma əqd tərtib etməklə) girov qoyanın hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yoxdur, iddiaçı tərəf bank tərəfindən kredit müqaviləsi üzrə qanunsuz hesablanmış borcdan narazıdır, həmin borcların silinməsini istəyir, iddiaçı onkoloji xəstəliyi ilə əlaqədar uzun müddət müalicə olunduğundan vəkili tərəfindən məhkəmə qətnamələrindən apellyasiya və kassasiya şikayətləri verilən zaman girov predmeti barədə xüsusatları məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etmədiklərini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(004)- 6379/2017 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı Cavabdeh1 İKB ASC-nin cavabdehlər İddiaçı, X1 və Əlizadə Nailə İsgəndər qızına qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X1 və Əlizadə Nailə İsgəndər qızından müştərək qaydada xx.xx.2014-cü il tarixli, 3-MZQ-2-0-587-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə 6675,44 ABŞ dolları əsas borc, 3448 ABŞ dolları faiz borcu, 54,03 Abş dolları cərimə olmaqla, cəmi 10277,47 ABŞ dolları borc və dövlət rüsumunun 19 manat hissəsi Cavabdeh1 İKB-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(103)-11193/2017 saylı qətnaməsinin sürətindən görünür ki, cavabdehlər İddiaçı, X1 və Əlizadə Nailə İsgəndər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti rədd olunaraq, iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(102)- 2201/2018 saylı qərarının sürətindən görünür ki, cavabdehlər İddiaçı, X2, Əlizadə Nailə İsgəndər qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11193/2017 nömrəli iş üzrə 01 noyabr 2017-ci tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. 05 sentyabr 2014-cü il tarixli, 3-MZQ-2-0-587-14 saylı girov müqaviləsinin sürətindən görünür ki, girovqoyan İddiaçı ilə girovsaxlayan “NİKOYL X3 arasında bağlanmış girov müqaviləsinə əsasən, girov saxlayanla girov qoyan arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli, 2-MZQ-2-0-587-14 nömrəli kredit müqaviləsinə əsasən 28% illik dərəcəsi olmaqla 1910 ABŞ dolları məbləğdə 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər zinət əşyaları olan saat 2 ədəd, sep və klon, sep, kulon, qolbağ əmlaklarının girov qoyulması barədə razılığa gəliblər. "xxxx" ASC-nin 26 sentyabr 2023-cü il tarixli, 4-21/3959-23 saylı məktubundan görünür ki, bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MZQ-2-0-587-14 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla, 19 150 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X4 və əlizadə X5 qsimində çıxış etməyi öhdələrinə götürmüşdülər. Həmçinin, bağlanmış xx.xx.2014-cü il tarixli, MZQ-2- 0-587-14 saylı Saxlanc müqaviləsinə əsasən iddiaçıya məxsus 8 549 USD dəyərində qızıl zinət əşyaları banka girov qoyulmuşdur. Qeyd olunan qızıl-zinət əşyaları xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən Bankdan geri təhvil alınmışdır. Cavabdeh1 İKB 3 saylı filialının xx.xx.2016-cı il tarixli kassa-məxaric orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 3-MZQ-2-0-587-14 nömrəli kredit və 3-MZQ-2-0- 587-14 nömrəli saxlanc müqaviləsinə əsasən kreditin təminatı olan qiymətli metallar məxaric olunmuşdur. Bu barədə İddiaçı “bir bağlama qızıl götürdüm” qeydi ilə orderə imza atmışdır. Azərbaycan Respublikası MPM-nin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə qanunsuz hesablanmış borcların silinməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırki mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları yenidən mübahisələndirir. Bundan başqa, iddia tələbinin “banka girov qoyulmuş qızıl-zinət əşyalarının bank tərəfindən qanunsuz olaraq mənimsənməsi faktı ilə bağlı xüsusi qərardad çıxarılaraq prokrorluğa məlumat verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, xüsusi qərardadın çıxarılması ilə bağlı tələb maddi hüquqi tələb deyil, prosessual hüquqi tələbdir. Mülki iş üzrə tərəflər “xüsusi qərardadın çıxarılması barədə” məhkəməyə vəsatət verə bilərlər. Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə qanunsuz hesablanmış borcların silinməsi hissəsinə münasibətdə iş üzrə icraata xitam verdiyi halda, “xüsusi qərardadın” çıxarılması ilə bağlı tələbə ayrılıqda baxa bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASCyə ("xxxx" ASC-yə) qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC-yə) qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-663/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-663/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver