Məhkəmə qərarları › İş №2(004)-6658/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6658/2020

28.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6658/2020 28.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər “xxxx” ASC-nin Gəncə filialına və “xxxx” ASC-nin Baş filialına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “xxxx” ASC-nin Gəncə filialına və “xxxx” ASC-nin Baş filialına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan VAZ 21099 markalı 48BB677 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 735 manat pulun cavabdehlər “xxxx” ASC-nin Gəncə filialı və “xxxx” ASC-nin Baş filialından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbini “xxxx” ASC-nin Gəncə filialına və “xxxx” ASC-nin Baş filialına qarşı irəli sürmüşdür, lakin filial hüquqi şəxs deyildir və məhkəmədə müstəqil tərəf kimi çıxış edə bilməz. Filiala qarşı olan iddia tələbləri hüquqi şəxs olan - “xxxx” ASC-nin özünə qarşı verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hazırkı iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən tərtib edildiyinə, həmçinin iddiaçı iddia tələbini əsaslandırdığı sübutları - avtomobilin onun mülkiyyətində, sahibliyində və ya istifadəsində olmasını təsdiq edən sənədi və sığorta şəhadətnaməsini, “xxxx” ASC-nin İddiaçı və ya zərərçəkmiş Kərimov Səyyad Ədalət oğluna sığorta ödənişini verməkdən imtina etməsinə dair sübutu iddia ərizəsinə əlavə etməmiş, həmçinin icbari sığota müqaviləsinin tələbinə əsasən icbari sığorta olunan şəxsin üçüncü şəxsə vurduğu zərərin əvəzinin sığorta şirkəti tərəfindən ödəməli olmasını nəzərə almamışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə “xxxx” ASC-nin rəsmi ünvanı üzrə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 152, 152.1, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər “xxxx” ASC-nin Gəncə filialına və “xxxx” ASC-nin Baş filialına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar