Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6696/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Yelobank ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelobank ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 14.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4327,7 manat əsas borc, 228,47 manat faiz borcu və 19,58 manat cərimə borcu olmaqla, ümumilikdə 4575,75 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelobank ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, iddiaçı Yelobank ASC-nin nümayəndəsi X1 ərizəsini və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Yelobank ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki iş üzrə tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilsin. Tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin. Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehr Cavabdeh şəxsində, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-6696/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:
1. Borclu Cavabdeh İddiaçı ASC-yə 14 yanvar 2020-ci il tarixli kredit razılaşması üzrə 4327.70 AZN əsas, 228.47 AZN faiz borcu, 19.58 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 4575.75 AZN məbləğində borcunun olmasını qəbul edir. Borclu sistem üzrə olan borc məbləğindən 825.09 AZN-i 24.09.2021-ci il tarixdə və 230 AZN-i 22.11.2021-ci il tarixdə ödəmişdir.
2. Borclu 3197.48 AZN məbləğində qalıq borc vəsaitini qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür. Ödənişin Aylıq cəmi Əsas borcdan Faiz ödənişi Cərimə ödənişi Ödəniş günləri ödəniş sayı ödəniş (AZN) AZN (AZN) 1 20 dekabr 2021 230 0.00 0.00 230 2 20 yanvar 2022 230 0.00 0.00 230 3 10 fevral 2022 230 0.00 0.00 230 4 20 mart 2022 230 0.00 0.00 230 5 20 aprel 2022 230 0.00 0.00 230
6 20 may 2022 230 0.00 0.00 230 7 20 iyun 2022 230 0.00 0.00 230 8 20 iyul 2022 230 0.00 0.00 230 9 20 avqust 2022 230 0.00 0.00 230
10 20 sentyabr 2022 230 0.00 0.00 230 11 20 oktyabr 2022 230 0.00 0.00 230 12 20 noyabr 2022 230 0.00 0.00 230 13 20 dekabr 2022 230 0.00 0.00 230 14 14 yanvar 2023 207.48 0.00 0.00 207.48 Cəmi: 3197.48 0.00 0.00 3197.48
3. Borclular sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda qalan faiz və cərimə məbləğlərini güzəşt etməyi, borcun olmamağı haqqında arayış və müvafiq icra orqanına xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.
5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
10. Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 30 noyabr 2021-ci il tarixdə imzalanmışdır. 2(004)-6696/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fərid Əyyubov