Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-670/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə3, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı «şəxsin xəbərsiz itkin düşməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 iddiaçının həyat yoldaşıdır. O, xx xxxxxxxx 2015-ci il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, sonuncu dəfə xx xxxxxx 2015-ci il tarixdə onunla əlaqə saxlamışdır. Bununla əlaqədar polis şöbəsinə müraciət edilmiş, faktla bağlı araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Hazırda maddi vəziyyəti çətin olduğu üçün sosial yardımın alınması məqsədilə yoldaşı Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə3 ərizəni tam müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərək ərizəyə etirazı müdafiə edərək ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2015-ci ildə ünvan 2 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü, ailəli, hərbi mükəlləfiyyətli vətəndaş Maraqlı şəxs2 itkin düşməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx xxxxxx 2020-ci il tarixli, 33/4099 saylı məktubu ilə Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədlərindən hərəkəti barədə İAMAS bazasında məlumata əsasən xx.xx.2015-ci il tarixdə ölkə ərazisindən çıxmışdır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi iş materialları ilə müəyyən edilmədiyindən, ərizə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-670/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-670/2021
11.03.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver