Məhkəmə qərarları › İş №2(004)-6709/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6709/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6709/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 6409 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.09.2021-dək Cavabdeh1 banka 10.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6407.33 manat əsas borc, 70.36 manat faiz borcu, 138.6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6616.29 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6407.33 manat əsas borc, 70.36 manat faiz borcu, 138.6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6616.29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə bağlanmış 10.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsinə əsasən "xxxx" ASC-dən sonuncuya illik 1 faizlə, 60 ay müddətinə 6409 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə 24.09.2021-ci ilədək Cavabdeh1 banka 10.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6407.33 manat əsas borc, 70.36 manat faiz borcu, 138.6 cərimə borcu olmaqla, ümumilikdə cəmi 6616.29 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 10.12.2019-cu il tarixli 24-M-1-0-128-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 10.12.2019-cu il tarixli 24-M-1-0-128-14 nömrəli kredit müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 6407.33 manat, faiz borcu üzrə 70.36 manat, cərimə borcu üzrə 138.60 manat olmaqla, ümumilikdə 6616.29 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 10.12.2019-cu il tarixli 24-M- 1-0-128-14 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 6407.33 manat, faiz borcu üzrə 70.36 manat, cərimə borcu üzrə 138.60 manat olmaqla, ümumilikdə 6616.29 manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar