Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6716/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.09.2019-cü il tarixli kredit müqaviləsi üzrə 7599.33 manat əsas borc, 1454.29 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9053.62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 02.09.2019-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02.09.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 25.11.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 10.03.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28.09.2021-ci ilədək Cavabdeh1nun banka 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7599,33 manat əsas borc, 1454,29 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla ümumilikdə 9053,62 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirib, iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı ASC-nin ona qarşı olan 7599,33 manat əsas borc, 1454,29 manat faiz borcu, cəmi 9053,62 manat borcu etiraf etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 Sentyabr 2019-cu il tarixli, 24-MZ- 1-0-580-19 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 30 faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 Sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin 02 Sentyabr 2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə 10.06.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 10.12.2021ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Zaminlik müqaviləsinə 10.06.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 10.12.2021ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə 25.11.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 7599.33 manat təşkil edir, kreditin müddəti 10.03.2022-ci ilədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Zaminlik müqaviləsinə 25.11.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 7599.33 manat təşkil edir, kreditin müddəti 10.03.2022-ci ilədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 02.09.2019-cu il tarixli məxarix qəbzinin surətindən görünür ki, Cavabdeh1 10.000 (on min) manat məbləğində pulu Nikoyl Bankdan (İddiaçı ASC-dən) almışdır. İddiaçı ASC tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 02.09.2019-cu il tarixli, 24-MZ- 1-0-580-19 saylı kredit müqaviləsinə əsasən 28 sentyabr 2021-ci il tarixinə 7599.33 manat əsas, 1454.29 manat faiz, 0 manat cərimə borcu olmaqla cəmi 9053,62 manat məbləğində borcu vardır. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 10.09.2021-ci il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı kredit və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı zaminlik müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödəmələri barədə, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. 29 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdurlar. Lakin cavabdehlər müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf etmişdir. Məhkəmə 02.09.2019-cu il tarixli, 24-MZ-1-0-580-19 saylı kredit müqaviləsinə və zaminlik müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, Cavabdeh1 iddia tələbinin etiraf edilməsi barədə ərizəsini nəzərə alıb hesab edir ki, iddia tələbi tam təmin edilməli, cavabdehlərdən 7599,33 (yeddi min beş yüz doxsan doqquz manat otuz üç qəpik) manat əsas borc, 1454,29 (min dörd yüz əlli dörd manat iyirmi doqquz qəpik) manat faiz borcu, cəmi 9053,62 (doqquz min əlli üç manat altmış iki qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7599,33 (yeddi min beş yüz doxsan doqquz manat otuz üç qəpik) manat əsas borc, 1454,29 (min dörd yüz əlli dörd manat iyirmi doqquz qəpik) manat faiz borcu, cəmi 9053,62 (doqquz min əlli üç manat altmış iki qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6716/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6716/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver