Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6728/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdeh ”Yelo Bank" ASC-yə qarşı “borc məbləğinin yenidən hesablanması tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh ”Yelo Bank" ASC-yə qarşı “borc məbləğinin yenidən hesablanması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(106)-10/2019 saylı qətnaməsi üzrə ödənilmiş pul məbləğinin müəyyən edilməsi və borc məbləğinin yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə uyğun olraq, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə görə isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 28.08.2016-cı il tarixli. 2(041 )-927/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 74.090 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə olmaqla, cəmi 81586 ABŞ dollarının, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat isə xidmət haqqının tutularaq iddiaçı “Nikoyl” İKB-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 120.000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin iddiaçı “Nikoyl” İKB-nın xeyrinə ödənilməsi, mənzilin boşaldılması və təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(106)-10/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə əsas borcun, faiz borcunun, 1.000 ABŞ dolları dəbbə pulunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilmiş, 18.11.2014-cü il tarixli, 6-G-l-0- 2266-14 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 74.090 ABŞ dolları əsas borc, 6255,93 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla cəmi 81.345,93 ABŞ dolları alınıb iddiaçı “Nikoyl” İKB-yə ödənilməsi, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 600.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(102)-2072/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, yuxarıda göstərilən qanunvericlik normalarına istinadən hesab edirəm ki, hazırki iş üzrə tərəflər eyni olduğundan, İddiaçı 18.11.2014-cü il tarixli, 6-G-l-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən ”Yelo Bank" ASC-yə olan borc məbləği qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.6-cı maddəsinə görə isə İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh ”Yelo Bank" ASC-yə qarşı “borc məbləğinin yenidən hesablanması tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6728/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6728/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver