Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6740/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Accessbank» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 01.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 1325,15 manat əsas, 950,69 manat faiz borcu, 1696,86 manat cərimə olmaqla, cəmi 3972 və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-6740/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə İddiaçı QSC-nin Cavabdeh4 qarşı “kredit” tələbinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.08.2014-cü il tarixli, 05L000005730 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.12.2014-cü il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.11.2015-ci il tarixli, 005R**********S saylı, 29.06.2016-cı il tarixli, 005R**********SA saylı, 11.10.2017-ci il tarixli 005R**********Sİ3 saylı, 06.12.2018- ci il tarixli, 005R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.07.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4674,87 manat ödəmiş, onun 1325,13 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanİmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25.08.2021-ci il tarixə 776 gün üçün hesablanmış faiz borcu 950,69 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 25.08.2021-ci il tarixə 776 gün üçün hesablanmış cərimə 1696,86 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, bankdan nə qədər pul götürmüşdürsə həmin məbləği banka ödəmişdir. Onun hesablamasına görə banka borcu yoxdur. Özü xəstədir, pensiya almır, yoldaşı da işləmir. Əgər gecikdirilən günlər nəzərə alınsa o, 7-8 min arası pul ödəmişdir. Faiz məbləğlərini ödəyə bilməz, əsas borcdan isə aylıq müəyyən məbləğlərlə imkanı daxilində ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2014-cü il tarixli, 05L000005730 nömrəli kredit xətti müqaviləsinə əsasən bank - İddiaçı QSC tərəfindən müştəriyə - Cavabdeh1 120 ay müddətinə, 20.08.2024-cü il tarixədək 30000 manat həcmində kredit xətti açmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2014cü il tarixli, 005R********** nömrəli kredit razılaşmasına əsasən kredit təşkilatı borcalana aylıq 2,3333% dərəcəsi ilə 20 ay müddətinə 6000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 20.08.2014cü il tarixli, 005S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 20.08.2014-cü il tarixli, 05L000005730 nömrəli uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 20.08.2014cü il tarixli, 005S000012579 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 20.08.2014-cü il tarixli, 05L000005730 nömrəli uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.08.2021-ci və 31.05.2021-ci il tarixli bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 20.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.11.2019-cu il tarixə 1325,13 manat əsas, 276,64 manat faiz borcu, 257,18 manat cərimə olmaqla, cəmi 1858,95 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 20.08.2014-cü il tarixli, 005S**********01 saylı və 05S000012579 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürmüşlər. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 950,69 manat məbləğində faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş 30.11.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin 11.11.2019-cu il tarixə 276,64 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1696,86 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə qeyd edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 005R********** saylı kredit razılaşması üzrə 1325,15 manat əsas, 276,64 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 1606,79 (bir min altı yüz altı manat yetmiş doqquz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 005R********** saylı kredit razılaşması üzrə 1325,15 manat əsas, 276,64 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 1606,79 (bir min altı yüz altı manat yetmiş doqquz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6740/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6740/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver