Məhkəmə qərarları › İş №2(004)-6749/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6749/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6749/2022 30.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 2002 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olu ki, iddiaçı ipoteka predimeti olan mənzilin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona ödənilməsini tələb edir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2- 2(105)-271/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunması, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-659/2016 saylı, 26 fevral 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsi qismən təmin edilərək, “Nikoyl” X5 ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, G-1-0-42-15 saylı kredit müqaviləsinə əsasən 17 fevral 2016-cı ıl tarixinədək hesablanmış 505 ABŞ dolları əsas borc, 151,41 ABŞ dolları faiz, gecikdirməyə görə 20 (iyirmi) ABŞ dolları dəbbə pulu, cəmi 21505,41 ABŞ dolları ödəniləcək günə anat ilə məzənnəsi hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət sumu cavabdeh İddiaçı “Nikoyl” X1 xeyrinə tutulması, tələbin X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 68.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, mənzilin satışından əldə edilən vəsait hesabına 21505 ABŞ dolları əsas borc məbləği, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, hesablanmaqla müəyyən edilməsi və həmin pul vəsaitinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artığ məbləğ) hissəsi cavabdeh X6 verilməsi və ya ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti iddiaçı “Nikoyl” X1 tələblərini ödəməyə kifayət etməzsə, borrcun çatışmayan məbləğinin İddiaçı tutularaq “Nikoyl” X2 ödənilməsi, iddia ərizəsinin ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan X8, İddiaçı, X7 və X4 istifadə hüquqlarının itirilmiş hesab olunması, onların həmin mənzildən çıxarılması və həmin mənzil boşaldılması hissəsində təmin edilməməsi, mülki iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Az MEM VÖEN **********, AZ 34CTREE **********002088501, X3, KOD 210005, VÖEN 401555071, Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK TREAZ 22. Büdcə Təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2-2(105)-271/2017 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 fevral 2017-ci il tarixli 2-2(105)-271/2017 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artığ məbləğ) hissəsinin cavabdeh X6 verilməsi qət edilmişdir. İddiaçı isə, hazırki tələbində həmin mənizilin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona qaytarılmadığını iddia edərək, pulun ödənilməsini tələb edir. Ona görə də, iddiaçının hazırki tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Çünki iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məcburi icra edilməsini tələb etmək üçün icra sənədinin göndərildiyi icra qurumuna müraciət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məcburi icra edilməsini tələb etmək üçün icra sənədinin göndərildiyi icra qurumuna müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X9 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 41 (qırx bir) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X9 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 41 (qırx bir) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar