Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6814/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı X5 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X8 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3884,66 (üç min səkkiz yüz səksən dörd manat, altmış altı qəpik) manat məbləğinə pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavavdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azsığorta tərəfindən təqdim edilmiş Sığorta aktına əsasən müəyyən olunur ki, Honda Akkord minik markalı 99DY039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5000 manat məbləğində sığorta edilmiş, azad olma məbləği 100 manat təşkil etmişdir. 08.08.2021-ci il tarixli sığorta hadisəsinə əsasən Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı avtomobil Honda Akkord minik markalı 99DY039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8784 manat məbləğində ziyan vurmuş, 4900 manat sığorta ödənişi hesablanmış və ödənilmişdir. İş materiallarında olan qəbzə əsasən müəyyən olunur ki, Azsığorta ASC tərəfindən 4900 manat məbləğində pul Nümayəndə hesabına köçürülmüşdür. İş materiallarında olan AD № 791397 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X1 Hüseyn Namiq oğluna Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürcülük vəsiqəsi olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyəti vermişdir. İş materiallarında olan 08.08.2021-ci il tarixli İXP4120150 nömrəli X11 protokola əsasən müəyyən olunur ki, Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cəfərov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan X11 qərara əsasən Cəfərov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, mülkiyyətçisi X3 olan Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş vediyi anda sürücüsü Cavabdeh inzibati xəta törətməsi nəticəsində İddiaçı mülkiyyətində olan hadisə zamanı Nümayəndə Nüsrət oğlunun idarə etdiyi Honda Akkorda markalı nəqliyyat vasitəsinin arxa və sol hissəsinə zərər dəymişdir. İş materiallarında olan Honda Service tərəfindən təqdim edilmiş aktan görünür ki, Honda Akkord markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 8784,66 manat təşkil etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və nəticədə İddiaçı məxsus, X7 idarə etdiyi Honda Akkord minik markalı 99DY039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurması, həmçinin Cavabdeh Lada Priora minik markalı, 99NF462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi və ziyan vurması sübuta yetirildiyindən iddia tələbi əsaslı hesab edilməli və Cavabdeh vurduğu maddi ziyana görə 3884,66 (üç min səkkiz yüz səksən dörd manat, altmış altı qəpik) manat məbləğinə pul və 58,80 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Mülki Posessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 58,80 manat məblğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3884,66 (üç min səkkiz yüz səksən dörd manat, altmış altı qəpik) manat məbləğinə pul və 58,80 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6814/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6814/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver