Məhkəmə qərarları › İş №2(004)-689/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-689/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-689/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək Cavabdeh1 6495 (altı min dörd yüz doxsan beş) manat, Cavabdeh2 16951 (on altı min doqquz yüz əlli bir) manat, cavabdehlərdən müştərək qaydada auditin keçirilməsi xərci olan 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Xətai rayonu. S Vəzirov küçəsi. 22 ünvanında yerləşən “Outlet mağazasında Cavabdeh1 xx.xx.2017-ci il tarixində əmək müqaviləsi bağlamaqla xəzinədar- administrator vəzifəsində işə qəbul olmuşdur. O işə qəbul olunarkən özünün iştirakı ilə mağazada olan malların qalığı yoxlanılmış və bununla bağlı akt tərtib olunmuşdur. xx.xx.2017-ci il tarixində mağazanın kassasından özbaşına, iddiaçının icazəsi olmadan 619 manat məbləği götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixdən işdən çıxmasına dair ərizə verərək saat 15:20-də işi qoyub getmişdir. Cavabdeh1 işi qoyub getdikdən bir saat sonra xx.xx.2017-ci il tarixində müştəri Nəbiyev Sevinc mağazaya gələrək xx.xx.2017-ci il tarixdə mağazadan Cavabdeh1 25 manatlıq mal aldığını, Cavabdeh1 tərəfindən çek təqdim edilmədiyini və həmin 25 manat məbləğində olan malı qaytarmaq istədiyini bildirmişdir. Araşdırılma zamanı müəyyən olunmuşdur ki, həmin malın satışı mühasibat uçot 1C proqramında və nəzarət kassa aparatında qeydiyyatdan keçirilməmiş və 25 manat kassaya mədaxil edilmədən Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində mənimsənilmişdir. 18 10 2018-ci il tarixdə Cavabdeh1 mağazaya gələrək həmin hadisə barədə isçi Cavabdeh2 məlumat almış və bundan sonra 25 manatı Cavabdeh1 cibindən Cavabdeh2 vermişdir. Bundan sonra xx.xx.2017-ci mağazada inventar-təftiş keçirilmiş və 3xx xxxxx 5876 manat məbləğində mal çatışmamazlığı müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunmuş və imzalanmışdır. Əmirov Nazım işə gəlmədiyi müddətdən sonra ünvan 2 ünvanında yerləşən “Outlet mağazasının faktiki idarəçiliyi mağazada əvvəldən xx xxxxxx 2017-ci il tarixində satıcı xəzinədar vəzifəsində işləmiş Cavabdeh2 şifahi tapşırılmışdır. Mağazada işləyən işçilər tərəfindən Cavabdeh2 mütəmadi olaraq telefon ilə Cavabdeh1la əlaqə saxladığı bildirilmişdir və mağazada xx xxxxxx 2018-ci il tarixində yenidən Cavabdeh2 iştirakı ilə inventar-təftiş işləri keçirilmişdir. xx xxxxxx 2018-ci il tarixində keçirilən inventar-təftiş işlərinin nəticəsində mağazada 7xx xxxxx 16951 manat məbləğində çatışmayan mallar müəyyən olunmuşdur. Həmin malların siyahısı tərtib olunmuş və axtarılması üçün siyahı işçilərə təqdim olunmuşdur. xx xxxx 2018-ci il tarixdə Cavabdeh2 səhhəti ilə bağlı 06.03 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 3 gün müddətinə icazə ərizəsi ilə müraciət etmiş və 06 03.2018-ci il tarixdən işə gəlməmişdir. xx.xx.2018-ci il tarixdən başlayaraq dəfələrlə Cavabdeh2 yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o işə çıxmamışdır. xxxx MMC ilə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə (əlavə olunur) əsasən audit keçirilmiş və müstəqil auditorun rəyinə əsasən iddiaçıya dəymiş ziyan 23446 manat məbləğində müəyyən edilmişdir (müstəqil auditorun rəyi əlavə olunur) audit keçirilməsinə görə iddiaçı tərəfindən Premium-Audit MMC-yə 2000 manat xidmət haqqı ödənilmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, ixtası həkim olmasına baxmayaraq işsizlikdən məcbur qalaraq mağaza sahəsində işləmişdir. Nizami ilə bir yerdə işləməyə başlamışdır. Məzuniyyətlə bağlı onu buraxmayanda direktor Anarla mübahisəsi yaranmışdır. Bundan sonra hər şeyə nöqsan tutmağa başlamışlar. Təftiş ondan xəbərsiz keçirilmişdir, orada digər işçilər də var, ancaq onların adı çəkilmişdir. Ona etibarnamə vermişdilər. Mağaza ilə bağlı çox şeyi o edirdi. Kassadan pul məxaric orderi ilə götürülmüşdür, qanunsuzluq olmamışdır. Onlara mağazada icazə verilmişdi ki, əgər müştəri istəyərsə müştərinin məmnun qalmağı üçün malın pulunu ödəyirsə 1 gün müddətində qaytarana qədər malı kassaya vurmaya bilərlər. Əgər müştəri bir günə malı qaytarardırsa mal qaydasında olarsa pul ona geri qaytarılır qaytarmazsa kassaya vurulurdu. Bu yeni hal deyildi. Həmişə belə olmuşdur. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, 16 min əskik onun adına yazılmışdır. Belində yara ilə bağlı təcili işdən ayrılmalı olmuşdur, onu 12 gün ərzində Günay xanım əvəz etmişdir. Sonra onlara 3 partiya mal gəlmiş və o, əməliyyat olunduğu üçün malı qaldıra bilməyəcəyini bildirmişdir. Amma tək oğlan o olduğu üçün qəbul edilməmişdir. Sonra başqa Ramin adlı işçi oğlan gəlmiş, o, onu öyrətməyə başlamışdır. Sonra işləri Ramin görməyə başlamışdır. O, Cavabdeh1 yerinə təyin edilmişdir, Nuranə xanım maaşının 450 manata qaldırıldığını bildirmiş və o, razılaşmışdır. Defekt mallar adı ilə maaşı əlinə çatmırdı, ona təxmini 300-ə qədər pul çatırdı. Narazıçılıqlar başlandı. İşdən çıxanda Nuranə xanımla mübahisəsi olmuşdur. Sonra prokurorluğa çağırılmıışdır ki, əskiyi var və prokuror ona bildirmişdir ki, burada onluq bir şey yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh1 “Outlet” mağazasında xəzinədaradministrator vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh2 “Outlet” mağazasında satıcı-xəzinədar vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən Cavabdeh2 tutduğu vəzifəsinə uyğun olaraq əmək fəaliyyəti prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın, pul vəsaitlərinin və digər maddi sərvətlərin saxlanılması, satışı, istifadəsi və başqa əməliyyatlarların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işəgötürən qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən Cavabdeh1 tutduğu vəzifəsinə uyğun olaraq əmək fəaliyyəti prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın, pul vəsaitlərinin və digər maddi sərvətlərin saxlanılması, satışı, istifadəsi və başqa əməliyyatlarların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işəgötürən qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditor rəyinə əsasən auditə təqdim edilmiş sənədlər və sahibkara məxsus 1S proqramına əsasən Cavabdeh1 hüquqi əsas olmadan kassadan götürdüyü 619 manatdan əlavə, mal çatışmazlığı nəticəsində 5876 manat dəyərində, Cavabdeh2 isə mal çatışmazlığı nəticəsində 16951 manat məbləğində, cəmi mal çatışmazlığı nəticəsində 22827 manat və 619 manat hüquqi əsası olmadan götürülən pul vəsaiti ilə birlikdə sahibkar İddiaçı ümumilikdə 23446 manat məbləğində ziyan vurulmuşdur. xx.xx.2017-ci il tarixli etibarnnamədən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 dövlət və qeyri dövlət orqanlarında nümayəndəsi olmağı, banklarda hesab açmaq, hesaba pul qoymaq, çıxartmaq, bütün əməliyyatlarla bağlı imza etməyi kassa aparatı, post terminal almaq, əmanətlərin sığortalanması və bu kimi tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar həırəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan 2017-ci ilin sentyabr ayında imzalanmış ərizələrdən müəyyən olunur ki, X1, Şahid1 Şahbaz qızı, Cavabdeh2, X4 iyul-avqust ayları üzrə əmək haqqını administrator-kassir Cavabdeh1 almışlar. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 sentyabr əmək haqqısı və oktyabr avansı olaraq 619 manat məbləğində pul almışdır. İş materiallarında olan Cavabdeh2, Şahid2, X3 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında yerləşən “Outlet” mağazası xx.xx.2017-ci il tarixdə saat 16:18-də müştəri Nəbiyev Sevinc yaxınlaşaraq “Tuc-tuc” brendinə məxsus malın 25 manat dəyərində malın ödənişini Cavabdeh1 verdiyini, lakin xəzinədar-administratorun qəbzi vermədiyini, malı satış etmədən müştəriyə verdiyini bildirmişdir. 25 manat kassaya mədaxil edilməmiş, Cavabdeh1 tərəfindən götürülmüşdür. Akt Cavabdeh2, Şahid2, X3 və Nəbiyeva Sevinc tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Xətai rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd olunması” haqqında qərarının surətinə əsasən Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mağazada işləyərkən malları sayır, qüsurlu malları geri qaytarırdılar. İnventarlaşdırmada iştirak etmişdir. Mallar aparatla vurulurdu. İnventarizasiyada Firuz da iştirak etmişdir. Malın kassaya vurulmaması məsələsi olmamışdır. Çatışmayan məbləğ 10000 manatdan çox idi. İşə daxil olarkən tam maddi məsuliyyət müqaviləsi bağlanılır. Administratorun kassadan pul götürüb özünə maaş yazmaq hüququ yox idi. O özü ən çox 100 manat məbləğində cərimə olunmuşdur. 3 dəfə inventarizasiyada iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, həmin mağazada 3 ay işləmişdir. Tez-tez cərimə olunduqları üçün maaşı tam ala bilmirdilər. Çatışmayan malların 50%-ni tapa bilsələr də, tapılmayan malların məbləği ümumi işçilərdən tutulurdu. O, ən çox 120 manat məbləğində cərimə olunmuşdur. Həmin mağazadan oğurluq etmək qeyri-mümkündür. Çünki iş vaxtı sadəcə oturanda belə kameradan görüb zəng edərək irad tuturdular. Firuzla bağlı qəbuletmə inventarlaşdırılmasında iştirak etməmişdir. Kassada əsasən administrator olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iş vaxtı saat 10:00-dan 20:00-a qədər idi. Hər ay qüsurlu mallar tutulurdu. Nazim işdən çıxanda inventarizasiyada iştirak etməmişdir. Aktın mətnindən xəbəri yoxdur. Müştərinin malı bəyəndikdən sonra malın kassaya vurulmaması halının şahidi olmayıb. Əmək haqqını Nuranə xanım verirdi. O, aktl imzalasa da aktın məzmunundan xəbəri olmamışdır. Həmin mağazadan oğurluq etmək mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, satıcı işləmişdir. İnventarizasiyada beş dəfə iştirak etmişdir. İşdən çıxmasının səbəbi cərimələrin çox olması olmuşdur. Müştərinin bəyənərək apardığı bəzi malları kassaya vurmamaq halları olurdu. Oradan oğurluq edilməsi mümkün deyil, hər yer kamera ilə müşaiyət olunur. Hətta adi xırda səhvlərə görə belə kameradan baxıb irad tutulurdu. Onları işdən çıxanda yoxlayırdılar. İşçilərə bildirilmişdir ki, mal kassaya vurulduqdan sonra geri qaytarılmır və dəyişdirilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, inventarlaşdırılmada iştirak etməmişdir. Mağazada işlədiyi müddətdə 300 manat maaş almışdır. Firuzla işləmişdir. Əmək haqqını onlara administrator verirdi. Mağazada kassaya malın vurulmaması halının şahidi olmayıb. Aktlarda onun imzasının olmasına baxmayaraq, aktın mətnini oxumamışdır, mahiyyətindən xəbəri yoxdur. İşin halları odur ki, iddiaçı ilə cavabdehlər arasında əmək müqaviləsi bağlanmış və cavabdehlər Outlet mağazasında çalışmışlar. İddiaçının tələbi odur ki, cavabdehlərlə tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır, audit keçirilmiş və müstəqil auditorun rəyinə əsasən iddiaçıya dəymiş ziyan 23446 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyanın və auditin keçirilməsi üçün çəkilən xərcin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tam maddi məsuliyyət haqqında müqaviləyə istinad edir. Həmin müqavilədə qeyd olunur ki, işçi bu Müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. Hazırki iş üzrə isə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmır. Bundan əlavə, şahid ifadələri ilə də təsdiq olunur ki, mağazada hər ay çatışmayan mallar müəyyən olunurdu və çatışmayan malların pulu işçilər arasında bölünərək onların əmək haqqısından tutulurdu. İş materiallarında olan ərizələrlə və şahid Mətanət Məmmədovanın ifadəsi ilə təsdiq olunur ki, əmək haqları onlara Cavabdeh1 tərəfindən verilmişdir. Şahid İranə Baxşiyeva da təsdiqləyir ki, kassaya vurulan malların sonradan qaytarılmasına icazə verilmirdi. Məhkəmə iş üzrə keçirilmiş audit rəyini mötəbər sübut kimi qiymətləndirmir. Çünki rəydə də qeyd olunur ki, rəy yalnız araşdırmaya təqdim olunmuş materialların araşdırılması məqsədi daşıyır və maliyyə hesabatlarının düzgünlüyünün təsdiqi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 6495 (altı min dörd yüz doxsan beş) manat, Cavabdeh2 16951 (on altı min doqquz yüz əlli bir) manat, cavabdehlərdən müştərək qaydada auditin keçirilməsi xərci olan 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 6495 (altı min dörd yüz doxsan beş) manat, Cavabdeh2 16951 (on altı min doqquz yüz əlli bir) manat, cavabdehlərdən müştərək qaydada auditin keçirilməsi xərci olan 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar