Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-691/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 1890,09 manat məbləğində əsas borc və 1235,1 manat faiz borcu olmaqla, cəmi 3125,19 (üç min yüz iyirmi beş manat on doqquz qəpik) manat borcun və 51,66 (əlli bir manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 106804-829800/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 23% faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 07 dekabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1890,09 manat məbləğində əsas borcu və 1235,1 manat faiz borcu olmaqla, ümumilikdə 3125,19 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində habelə ktredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit sayılır. Məhkəmənin bildirişi Cavabdeh xx.xx.2021-ci il tarixdə çatdırılmış və xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etiraz ərizəsi daxil olduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7826/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2021-ci il tarixə 1235,10 manat faiz borc ilə razı deyil və bu rəqəmlər bank tərəfindən süni surətdə şişirdilmiş və onun ödənişləri nəzərə alınmamışdır. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-691/2022 saylı 28 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmaqla ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3495 nömrəli məktubu ilə 20 iyun 2022-ci il tarixli 9/3495 saylı ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan və iş üzrə icraatın dayandırılmasına əsas olmuş səbəb aradan qalxdığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-691/2022 saylı 05 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-in Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh ekspert rəyi ilə tanış olduqdan sonra ekspertiza tərəfindən müəyyən edilən məbləğlə razılaşdığını və iddia tələbini ekspert rəyində göstərilən məbləğə dair hissədə etiraf etdiyini bildirdi. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi elektron kabinetdən məhkəməyə ərizə ilə müraciət edərək iş çoxluğu ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və gəlməməsi səbəbinin üzrlü hesab edilərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının ümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2019-cu il tarixli 106804-829800/1 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 4000 manat kredit vermişdir. 07 dekabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1890,09 manat əsas borc, 1235,1 manat faiz borcu olmaqla, ümumilikdə 3125,19 manat borc yaranmışdır. Məhkəmənin qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 9/3495 saylı ekspert rəyindən müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 26 dekabr 2019-cu il tarixli 106804-829800/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh 08 yanvar 2021-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) "xxxx" ASCyə olan borcu əsas borc üzrə 1987,09 manat və faiz borcu üzrə 166,31 manat olmaqla, cəmi 2.153,40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasəm ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəyə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəyə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 9/3495 saylı ekspert rəyini iş üzrə digər sübutlarla birgə tədqiq edib hesab edir ki, ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində əsas borcun 1890,09 manat faiz borcunun 1235,1 manat göstərilməsinə baxmayaraq, ekspert rəyi ilə müəyyən edilmişdir ki, əsas borc üzrə 1987,09 manat və faiz borcu üzrə 166,31 manat olmaqla, cəmi 2.153,40 manat təşkil edir. Lakin iddiaçının nümayəndəsi tərəfindən rəyə dair münasibət bildirilməmiş və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə bu halı cavabdehin xeyrinə həll etməklə əsas borc məbləğini iddia tələbi həcmində, yəni 1890,09 manat, faiz borc məbləğini isə 20 iyun 2022-ci il tarixli 9/3495 saylı ekspert rəyində göstərilən həcmdə, yəni 166,31 manat qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1890,09 manat əsas borc, 166,31 manat faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Cavabdeh vəsatətinə əsasən məhkəmə tərəfindən təyin edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, MPM-nin 117.1-ci maddəsinə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh aid edilməklə ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40,96 manat dövlət rüsumu Cavabdeh aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 106804-829800/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1890,09 manat əsas borc, 166,31 manat faiz borcu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 40,96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2097,36 (iki min doxsan yeddi manat otuz altı qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 106804-829800/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1890,09 manat əsas borc, 166,31 manat faiz borcu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 40,96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2097,36 (iki min doxsan yeddi manat otuz altı qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-691/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-691/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver