Məhkəmə qərarları › İş №2(004)-695/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-695/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-695/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.08.2020-ci il tarixli 501nkYSM/20 saylı kredit müqaviləsi üzrə 4463,9 manat əsas borc, 617,79 manat faiz forcu, 17,99 manat cərimə borcu olmaqla, cəmi 5099,68 (beş min doxsan doqquz manat altmış səkkiz qəpik) manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla, cəmi 5170,68 (beş min yüz yetmiş manat altmış səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2020-ci il tarixli 501nkYSM/20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz hesablanması şərti ilə 48 ay müddətinə 4682 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 09.12.2021-ci il tarixə yaranmış 4463,9 manat əsas, 617,79 manat faiz və 17,99 manat cərimə olmaqla, cəmi 5099,68 manat borcu qalmışdır. Hazırda borclu Cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi Ramil Əhmədov 01.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraqiİddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin hazırda həmin borcu ödəyə bilmədiyini və iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19.08.2020-ci il tarixli 501nkYSM/20 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 4682 manat kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 19.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 09.12.2021-ci il tarixə 4463,9 manat əsas borc, 617,79 manat faiz, 17,99 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19.08.2020-ci il tarixli 501nkYSM/20 saylı kredit müqaviləsi üzrə 4463,9 manat əsas borc, 617,79 manat faiz forcu, 17,99 manat cərimə borcu olmaqla, cəmi 5099,68 (beş min doxsan doqquz manat altmış səkkiz qəpik) manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla, cəmi 5170,68 (beş min yüz yetmiş manat altmış səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.08.2020-ci il tarixli 501nkYSM/20 saylı kredit müqaviləsi üzrə 4463,9 manat əsas borc, 617,79 manat faiz forcu, 17,99 manat cərimə borcu olmaqla, cəmi 5099,68 (beş min doxsan doqquz manat altmış səkkiz qəpik) manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla, cəmi 5170,68 (beş min yüz yetmiş manat altmış səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar