Məhkəmə qərarları › İş №2(004)-703/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-703/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-703/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3150449Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atomobilinə dəymiş 3095 (üç min doxsan beş) manat maddi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cii il tarixdə saat 15:00 radələrində idarə etdiyi “Land Rover” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron Gənclər şəhərciyinin həyətində dayanmış vəziyyətində olarkən, QAZ 33021 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək maşınının qabaq hissəsini vurmuşdur. Bu hadisə nəticəsində avtomobilinə 3095 (üç min doxsan beş) manat maddi ziyan dəymişdir. Lakin, cavabdeh olan "xxxx"dəymiş zərəri ona ödəməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. Belə ki, cavabdeh onun maşınının guya qabaq hissəsində hadisədən qabaq zədənin olduğunu bəhanə gətirmişdir. Halbuki, hadisədən öncə avtomobilində heç bir zədə olmamışdır. Cavabdeh sadəcə dəymiş zərəri ödəməmək üçün bu bəhanəni gətirmişdir. Odur ki, avtomobilinə dəymiş 3095 (üç min doxsan beş) manat maddi ziyanı cavabdehdən tutularaq, ona ödənilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3150449Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı şirkətə müraciət edərkən, dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı şirkətin qiymətləndirmə şöbəsi ilə görüş keçirilmişdir. Məhkəməyə fotoşəkillər, həmçinin video-yazının olduğu disk də təqdim edilmişdir. Həmin sübutlara əsasən məlum olmuşdur ki, avtomobil yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl də zədəli olmuşdur. Bundan sonra vətəndaş dəvət olunmuş, onlara bildirmişdir ki, avtomobilin farası sınıq olub. Avtomobildə qabaqcadan zədə mövcud idi. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, 2019-cu ildən "xxxx" ASC-də Sığorta hadisələrinin araşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. Vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir: gün ərzində baş vermiş hadisələri araşdırmaq, real zərərin olub-olmaması, nə qədər zərər dəyməsi, dövlət, bələdiyyə yaxud digər əmlaklara zərər dəymişdirmi, zərərçəkənlər kimlərdir, bu kimi halların vaxtında qiymətləndirilməsi, həmçinin sığorta hadisəsi olmayan halların araşdırılması. Hazırki işlə bağlı qeyd edir ki, ilk növbədə araşdırma zamanı onlara şübhəli gələn hallar var idi. Belə ki, məhlədə dayanmış yük maşını arxaya verir, lakin baxdıqda avtomobilin aşkar görünən zədələrinin də həmin hadisə nəticəsində baş verməmiş aşkar zədələr olması görünür. "Təhlükəsiz Şəhər" X1 məlumat almağa çalışmışdılar ki, avtomobilin qəzadan öncə hansı vəziyyətdə olmasını aydınlaşdırsınlar. Onlar da şifahi olaraq avtomobilin hadisədən daha əvvəl zədəli vəziyyətdə olmasını bildirmişdilər. Ölkədə təhlükəsizlik kameralarına nəzarət edən Daxili İşlər Nazirliyinin X4 Xidmətidir. Tərəflərindən onlara rəsmi sorğu ünvanladılar ki, avtomobilin hadisədən öncəki vəziyyəti barədə video-görüntü və fotoşəkillərini şirkətə təqdim etsinlər. Onlar da həmin video və fotoşəkilləri şirkətə göndərdilər. Onlara nəzər yetirdikdə məlum oldu ki, hadisədən təxminən 2-3 saat əvvəl avtomobilin üzərində artıq zədələr var idi. İddiaçı şöbəyə dəvət etdilər. Həmin sənədlər ona da göstərildi və müzakirə aparıldı. O, ilk öncə razılaşmasa da, sonra etiraf etdi ki, daha əvvəl də zədələr mövcud olub, lakin həmin zədələr hadisə nəticəsində daha da artmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron DYP tərəfindən verilmiş TP ******* saylı, 12 avqust 2024-cü il tarixli qərara əsasən X3 10 avqust 2024-cü il tarixdə, saat 15:00-da Abşeron Gənclər Şəhərciyi ərazisində qaz 33021 yük markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Dəymiş zərərin hesablanmasına dair 29 avqust 2023-cü il tarixli aktdan görünür ki, “Land Rover” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3095 manat təşkil etmişdir. İcbari Sığorta Bürosu tərəfindən verilmiş məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, büronun informasiya sistemində axtarış zamanı zərərvuran nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı məxsus “Land Rover” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı və Ban nömrəsi SALLSAA147A992792 olan nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən razılaşdırılmış PXA********** nömrəli sığorta şəhadətnaməsinin xx.xx.2024-cü il tarixdə qüvvədə olduğu aşkarlanmışdır. İcbari Sığorta Bürosu tərəfindən verilmiş məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Büronun informasiya sistemində axtarış zamanı xx.xx.2024cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə dair İddiaçı məxsus “Land Rover” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 13.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. İddiaçı iddia edir ki, xx.xx.2024-cii il tarixdə saat 15:00 radələrində idarə etdiyi “Land Rover” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron Gənclər şəhərciyinin həyətində dayanmış vəziyyətində olduğu zaman QAZ 33021 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək maşınının qabaq hissəsini vurmuş, yol nəqliyyat hadisəsi nəticəsində ona 3095 (üç min doxsan beş) manat maddi ziyan dəymişdir. İddiaçı məxsus “Land Rover” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən razılaşdırılmış PXA********** nömrəli sığorta şəhadətnaməsi xx.xx.2024-cü il tarixdə qüvvədə olmuşdur. İddiaçı sığorta ödənişinin almaq məqsədilə sığortaçı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortaçı sığorta hadisəsi olmadığından sığorta ödənişini verməkdən imtina etmişdir. Nəticə etibarilə, iddiaçı məhkəməyə müaciət etmişdir. Məhkəmə baxışında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər" X2 10 avqust 2024-cü il tarixli kamera görüntülərindən və fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı məxsus “Land Rover” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində “yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində dəydiyi” iddia edilən zədə hadisədən öncə də, mövcüd idi. Həmin kamera görüntülərin 10 avqust 2024-cü il tarixdə saat 13:27, 14:29, 13:31 radələrində qeyd alındığı müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı sığorta ödənişini əldə etmək üçün yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər vurulması görüntüsünü yaratmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar