Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-704/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-NİN Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13.02.2015-ci il tarixli 103.LN.1609.130215.R.00008 saylı istehlak krediti müqaviləsi üzrə 6153,23 manat əsas borcun, 10.03.2016-cı il tarixli 102.LN.1674.100316.00001 saylı kredit müqaviləsi üzrə 364,76 manat əsas borcun, cəmi 6517,99 manat borcun və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub LPO "xxxx" ASC-NİN LƏĞVEDİCİSİ ƏMANƏTLƏRİN SİĞORTALANMASİ FONDU-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2015-ci il tarixli 103.LN.1609.130215.R.00008 saylı istehlak krediti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 10 000 manat məbləğində kredit verilmişdir. 27.01.2016-ci il tarixli 1 saylı razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 13.02.2015-ci il tarixli 103.LN.1609.130215.R.00008 saylı müqavilə üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 13 fevral 2016-cı il, sonuncu ödəniş isə 13 fevral 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir, eyni zamanda kreditor borcalana 448,98 manat məbləğində krediti restrukturizasiya edir və 394,96 manat məbləğində kapitallaşdırılmış faizləri kreditin qalıq məbləğinə əlavə edərək kreditin ümumi məbləği 8612,21 manat təşkil edir. Tərəflər arasında bağlanmış 10.03.2016-cı il tarixli 102.LN.1674.100316.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz olmaqla 1986,71 manat məbləğində kredit verilmişdir. İlk müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətlərdə və qaydada ödəməmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onlar tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini azaldılmış hissədə qəbul etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, kredit müqavilələri üzrə məsuliyyət daşımır, borc məbləği yalnız əsas borclu olan Cavabdeh1 tutulmalıdır. Onunla bank arasında zaminlik müqaviləsi yalnız 13.02.2015-ci il tarixli 36 aylıq kredit müqaviləsinin təminatı kimi bağlanmışdır. Müqavilənin qüvvədə olma müddəti 13.02.2018-ci il tarixdə bitmişdir. 10.03.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmadığından o, ümumiyyətlə həmin kredit müqaviləsi üzrə öhdəlik daşımır. Tərəflər arasında bağlanmış 13.02.2015-ci il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminliyə xitam verilməlidir. Zaminlik müqaviləsinin müddəti 13.02.2018-ci il tarixdə bitməyinə baxmayaraq bank iddia ərizəsini müqavilə müddətinin bitməsindən 2 il 8 ay sonra 21.10.2020-ci il tarixdə imzalayaraq məhkəməyə göndərmişdir. Buna görə də iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh1 cəmi 6517,99 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iddia zaminə qarşı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsindən görünür ki, müqavilədə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bank zaminə qarşı iddianı Mülki Məcəllənin 477.0.4.-cü maddəsi ilə müəyyən olunmuş müddət ötürülməklə, yəni zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı bitdiyi gündən 2 il 8 ay sonra sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh2 zaminliyinə xitam verildikdən sonra ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia zamin Cavabdeh2 qarşı hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərın Sığortalanması Fondunun iddiası təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 LPO "xxxx" ASC-nin xeyrinə 6517,99 (altı min beş yüz on yeddi manat doxsan doqquz qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-704/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-704/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver