Məhkəmə qərarları › İş №2(004)-705/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-705/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-705/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4717,54 AZN əsas, 431,28 AZN faiz, 19,71 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5168,53 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 71,69 AZN məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 10.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9 dekabr 2021-ci il, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 4717,54 AZN əsas, 431,28 AZN faiz, 19,71 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5168,53 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. "xxxx" KB ASC 24.01.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini müdafiə etdiklərini, iddia ərizəsinə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış, 10.02.2021-ci il tarixli, 440nkNAR/21 saylı kredit müqaviləsindən görünür ki, “Bank” 36 ay müddətinə, 10.02.2024-cü il tarixinədək, illik 26% ödəmək şərtilə 5000 AZN məbləğində krediti “borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 19.10.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" KB ASC ilə bağlanmış 10.02.2021-ci il tarixli, 440nkNAR/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun Banka 19 oktyabr 2021-ci il tarixinə 4717,54 AZN əsas, 260,65 AZN faiz, 8,42 AZN cərimə, cəmi 4986,61 AZN borcu yaranmışdır. İş materiallarında olan 09.12.2021-ci il tarixli BANK/PİKMD/1000096 saylı çıxarışdan görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 440nkNAR/21 sayı kredit müqaviləsi üzrə 4717,54 AZN əsas, 431,28 AZN faiz, 19,71 AZN cərimə olmaqla, cəmi 5168,53 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh 10.02.2021-ci il tarixli, 440nkNAR/21 saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etməmiş və nəticədə 4717,54 AZN əsas, 431,28 AZN faiz, 19,71 AZN cərimə borcu olmaqla, cəmi 5168,53 AZN borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 4717,54 (dörd min yeddi yüz on yeddi manat əlli dörd qəpik) manat əsas, 431,28 (dörd yüz otuz bir manat iyirmi səkkiz qəpik) faiz, 19,71 (on doqquz manat yetmiş bir qəpik) manat cərimə, cəmi 5168,53 (beş min yüz altmış səkkiz manat əlli üç qəpik) manat borc tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 4717,54 (dörd min yeddi yüz on yeddi manat əlli dörd qəpik) manat əsas, 431,28 (dörd yüz otuz bir manat iyirmi səkkiz qəpik) faiz, 19,71 (on doqquz manat yetmiş bir qəpik) manat cərimə, cəmi 5168,53 (beş min yüz altmış səkkiz manat əlli üç qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar