Məhkəmə qərarları › İş №2(004)-708/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-708/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-708/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********41929 olan X1 8 markalı telefon üçün 308.8 (üç yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə və 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42366 olan X1 8 markalı telefon üçün 588.2 (beş yüz səksən səkkiz, iyirmi qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə olmaqla, ümumilikdə 985 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284- 5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh oğluna rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 03.01.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 42,9 manat ödəmək şərti ilə toplam məbləği 514,8 AZN, İMEİ kodu **********41929 olan X1 8 markalı telefon və 01.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 18 ay müddətinə aylıq 39,9 manat ödəmək şərti ilə toplam məbləği 718,2 AZN, İMEİ kodu **********42366 olan X1 8 markalı telefon verilmişdir. İş materiallarına əlavə olunmuş 02.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 308,8 manat məbləğində ödənilməmiş hissə, 30 manat cərimə borcu olmaqla, cəmi 338,8 manat borcu və 01.05.2020-ci tarixli alğı-satqı müqaviləsi üzrə 588,2 manat məbləğində ödənilməmiş hissə, 58 manat cərimə borcu olmaqla, cəmi 646,2 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 308,8 manat məbləğində ödənilməmiş hissə, 30 manat cərimə borcu olmaqla, cəmi 338,8 manat borcu və 01.05.2020-ci tarixli alğı-satqı müqaviləsi üzrə 588,2 manat məbləğində ödənilməmiş hissə, 58 manat cərimə borcu olmaqla, cəmi 646,2 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 308,8 (üç yüz səkkiz manat səksən qəpik) manat məbləğində ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 338,8 (üç yüz otuz səkkiz manat səksən qəpik) manat borcu və 01.05.2020ci tarixli alğı-satqı müqaviləsi üzrə 588,2 (beş yüz səksən səkkiz manat iyirmi qəpik) manat məbləğində ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla, cəmi 646,2 (altı yüz qırx altı manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar