Məhkəmə qərarları › İş №2(004)-7167/2018

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7167/2018

15.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7167/2018 15.10.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Namazova Günel Vladimir qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulmasına dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4724.75 ABŞ dolları əsas, 3530.76 ABŞ dolları faiz və 1499.81 ABŞ dolları cərimə olmaqla, cəmi 9755.32 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış 30.10.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdeh ləğv prosesində olan İddiaçı ASC-dən illik 28 %-lə 24 ay müddətində 6374 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu kredit müqaviləsi üzrə bağlanmış 25.05.2015-ci il tarixli 01 saylı Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5227.95 ABŞ dolları və bitmə tarixi 30.11.2017-ci il müəyyən edilmişdir. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 30.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borcu ödəməkdən boyun qaçırır. 30.10.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca ircra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də iddiaçının səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 60-cı maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 467,472, 741-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci madələrini, Dövlət rüsumu haqqında qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq müəyyən etdi: İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış 30.10.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 28 % ödəmək şərtilə 24 ay müddətində 6374 ABŞ dolları pul verilmişdir. 30.10.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 25.05.2015-ci il tarixli 01 saylı Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5227.95 ABŞ dolları və bitmə tarixi 30.11.2017- il müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış 30.10.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 30.10.2014-cü il tarixli, 430005146/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər.İş materiallarında olan 15.10.2018-ci il tarixli Maliyyə arayışından da görünür ki, Cavabdeh130.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən banka müqavilənin müddətinin bitdiyi 30.11.2017-ci il tarixə 4724.75 ABŞ dolları əsas borc, 2773.75 ABŞ dolları faiz borcu və 837.38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8335.88 ABŞ dolları borcu vardır. Cavabdehə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq o öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4724.75 ABŞ dolları əsas borc, 2773.75 ABŞ dolları faiz borcu və 80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7577.50 ABŞ dolları borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. İddia cərimənin tutulmasının (dəbbə pulunun) qalan hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin İddiaçı ASC-nə olan əsas kredit borcu üzrə 4724.75 ABŞ dolları əsas borc, 2773.75 ABŞ dolları faiz borcu olduğu halda cavabdehdən 837.38 ABŞ dolları məbləğində dəbbə pulu tələb edilmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmənin işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılmalıdır. İş materiallarına əlavə edilmiş 20.07.2018-ci il tarixli qəbzdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün ümumilikdə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumucavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Xankişiyev Əfqan Xankişi oğluna qarşı “borcun tutulmasına dair” iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4724.75 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 75 sent) ABŞ dolları əsas borc, 2773.75 (iki min yeddi yüz yetimiş üç ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və 80 (səksən) ABŞ dolları cərimə borcu, cəmi 7577.50 (yeddi min beş yüz yetimiş yeddi ABŞ dolları 50 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar