Məhkəmə qərarları › İş №2(004)-722/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-722/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-722/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız faiz məbləğinin silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyy ən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız faiz məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən üzərinə düşən əsassız olaraq yazılmış 8217,67 manat məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC onu və ailə üzvlərini məhkəməyə verərək kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli 2(039)-122/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 21 fevral 2014-cü il tarixli **********981 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər İddiaçı, X2, X3 və X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhər, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cavabdeh İddiaçı 21 fevral 2014-cü il tarixli **********8114 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC Cavabdeh qarşısında 8313.51 manat məbləğində əsas borcu, 2144.95 manat məbləğində kreditin istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 04.11.2016-cı il tarixinə qədər vaxt keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 383.59 manat məbləğində penya, cəmi 10842,04 manat və 04.11.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər kredit müqaviləsi üzrə əsas borc məbləğinin illik 19% dərəcəsi ilə hesablanan faizlər arasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Yevlax şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 43.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən kredit məbləği olaraq 8313.51 manat əsas borcu qalmaqla, digər faizlər isə ölkə prezidentinin Sərəncamı ilə üzərindən silinmişdir. Məhkəmə qətnaməsindən sonra iddiaçı tərəfindən 12.07.2018-ci il tarixində 300 manat, 27.08.2018ci il tarixində 300 manat, 27.08.2018-ci il tarixində 300 manat, 27.09.2018-ci il tarixində 300 manat, 29.10.2018-ci il tarixində 300 manat, 28.12.2018-ci il tarixində manat, 07.02.2019-cu il tarixində 6522,15 manat olmaqla cəmi 8322,15 manat ödəmişdir. Məhkəmə qətnamələri ilə onun əsas borcu 8313.51 manatdır. Göründüyü kimi iddiaçı tərəfindən əsas borc tamamilə ödənildiyi halda hazırkı məhkəmə eyni məbləği yenədə üzərində saxlayır. Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə 10000 ABŞ dollarına qədər götürülən bank əmanətlərinin bağışlanması, həmçinin mövcud olan bütün faizlərdən vətəndaşların azad edilməsi qeyd edilməsinə baxmayaraq banka ödədiyi əsas borc yenə eyni məbləğdə üzərində qalmaqdadır. Bütün bunlar yol verilən hallar deyildir. Bu səbəbdən də hazırkı iddianı qaldıraraq tələbini mübahisləndirmişdir. Cavabdeh ASC 2209,20 manat adi faiz, 3357,66 manat faiz, 2650,78 manat cərimə olmaqla ümumilikdə 5566,86 manat və cərimə faizi hesablanmaqla, borc məbləğini 8217,67 manat məbləğində pulu yenə üzərinə yazmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, cavabdehin banka kredit borcu olub və həmin borc üzrə yekun məhkəmə qətnaməsi qəbul edilib. Qətnamə qəbul edildikdən sonra artıq iddiaçı tərəfindən ödənişlər ödənilməyə başlanılıb. Məhkəməyə təqdim etdiyi çıxarışdan da görünür ki, həmin borc ödənilib. Sonuncu dəfə borcluya təqdim edilmiş sənəddə borcun faizlə birlikdə qalıq məbləği qeyd olunur və həmin sənəd təqdim edildiyi gün iddiaçı tərəfindən 6522 manat məbləğində ödəniş edilir, daha sonra 377 manat ödəniş edilir və bununla da iddiaçıya bildirirlər ki, onun borcu bitib. İddiaçı 20.000 manat kreditə görə 50.000 manatdan artıq ödəniş edib və iddiaçının evi girov qoyulduğu üçün bankın nümayəndələri tərəfindən sıxışdırılır. İddiaçıya təqdim edilmiş arayışda onun borcunun sıfır olduğu qeyd edilir, lakin əməkdaşlar yenə də gəlib borcun ödənilməsini tələb edirlər. İddiaçı, sırf qətnamə qəbul edildikdən sonra qalmış borcla əlaqədar hissəni mübahisələndirir. Ola bilsin ki, bankın bəzi əməkdaşları iddiaçını qanunsuz olaraq incidirlər. İddia verməkdə məqsəd o idi ki, qətnamə qəbul edildikdən sonra iddiaçının qalan borcu və ödədiyi məbləğlər dəqiqləşdirilsin, müəyyən olunsun ki, iddiaçının banka borcu qalır, yoxsa qalmır. 2018-ci ilin avqust ayından sonra- kassasiya instansiyasının yekun qərarından sonra iddiaçı qalan borcu hissə-hissə ödəməyə başlayıb. 2019-cu ilin fevral ayının 7-də iddiaçı banka müraciət edib və ona borcunun nə qədər olması bildirilib. Daha sonra iddiaçı həmin borcu ödəyib və bankdan ona qalıq borcunun 0 olması barədə arayış verilib. Ödənişlərlə bağlı qəbzlər də var. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-122/2017 saylı, 15.03.2017-ci il tarixli qətnaməsinə əsasən 21 fevral 2014-cü il tarixli **********9811409 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər İddiaçı, X2, X4ma və X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0,047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75,37 kv.m yaşayış sahəsindən, 50,89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126,26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cavabdeh İddiaçı 21 fevral 2014-cü il tarixli **********98114 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 8313,51 manat məbləğində əsas borcun, 2144,95 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 04.11.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 383,59 manat məbləğində penyanın, cəmi 10 842.04 manat pul vəsaitinin və 04.11.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər Kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 23 000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Maliyyə arayışından da göründüyü kimi 10842,04 manatdan məhkəmə qətnaməsi qəbul olunduqdan sonra cəmi 8700 manat məbləğində ödəniş edilmişdir. 8700 manat ödəniş qətnamə üzrə müəyyən olunmuş 8313,50 manat əsas borcu məbləğinin, digər məbləğ isə adi faiz borcunun 386,49 manat məbləğin ödənilməsinə yönəldilmişdir. İddiaçı 04.11.2016-cı il tarixdən 12.06.2018-ci il tarixə qədər heç bir ödəniş etməmişdir. Bu müddət ərzində məhkəmə qətnaməsinə uyğun olaraq illik 19 faizlə zərər, illik 15 faizlə penyanın hesablanması davam etdirilmişdir. Həmin dövr üçün bir gün üçün 4,38 manat adi faiz və zərər, penya isə 3,46 manat hesablanmışdır. Vaxtı keçmiş əsas borc azaldıqca faizlərin hesablanması dəyişir. 2018-ci ildən sonra cəmi 1800 manat və 6900 manat məbləğində ödəniş edilmişdir. 07.02.2019-cu ildən sonra hər hansı faiz hesablanması həyata keçirilməmişdir. Çünki faizə faiz hesablanmır. 07.02.2019-cu il tarixə 8280,92 manat borcu mövcuddur. Ondan 3807,51 manat adi faiz borcu, 3091,91 manat penya, 1381,50 manat isə zərər təşkil edir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Yevlax Rayon məhkəməsinin 15.03.2017-ci il tarixli, 2(039)- 122/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, 21 fevral 2014-cü il tarixli **********981 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər İddiaçı, X2, X3 və X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhər, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cavabdeh İddiaçı 21 fevral 2014-cü il tarixli **********8114 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC Cavabdeh qarşısında 8313.51 manat məbləğində əsas borcu, 2144.95 manat məbləğində kreditin istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 04.11.2016-cı il tarixinə qədər vaxt keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 383.59 manat məbləğində penya, cəmi 10842,04 manat və 04.11.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər kredit müqaviləsi üzrə əsas borc məbləğinin illik 19% dərəcəsi ilə hesablanan faizlər arasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Yevlax şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 43.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 16.10.2017-ci il traixli, 2(107)- 1792/2017 saylı qətnaməsindən görünür ki, Yevlax Rayon məhkəməsiinn 15.03.2017-ci il tarixli, 2(039)-122/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1373/18 saylı, 07.03.2018-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 16.10.2017-ci il tarixli, 2(107)-1792/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı 21.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 28 aprel 2021-ci il tarixə 3807,51 manat adi faiz borcu, 3091,91 manat cərimə faizi borcu, 1381,50 manat əldən çıxmış fayda, cəmi 8280,92 manat borcu vardır. Beləliklə, iddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı üzərinə düşən əsassız olaraq yazılmış 8217,67 manat məbləğin silinməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcun tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən Banka ümumilikdə 8700 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsinin də yazılı izahataından görünür ki, qeyd edilən ödənişin 8313.51 manatı vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarılmasına, 386,49 manatı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Hal-hazırda cavabdehin bank qarşısında ümumilikdə 8280,92 manat məbləğində borcu vardır. Bundan 3807,51 manatı adi faiz borcu, 3091,91 manatı penya, 1381,50 manatı isə əldən çıxmış faydanı təşkil edir. Cavabdeh banka ümumilikdə 12854 mnaat məbləğində pul ödəyib və bu məbləğin 10000 manat hissəsi əsas borc məbləğinin, 2708,82 manatı adi faizlər üzrə borcun. 145,43 manatı isə penyanın ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar