Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-724/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15.10.2019-cu il tarixli müqavilə üzrə 6180 manat ödənilməmiş hissə, 1873,8 manat dəbbə, 13.03.2020-ci il tarixli müqavilə üzrə 936 manat ödənilməmiş hissə, 281,2 manat dəbbə borcu olmaqla, ümumilikdə 9271 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 112,71 AZN məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 15.10.2019 və 13.03.2020-ci il tarixli müqavilələrinə əsasən cavabdeh Pandora markalı qonaq masa, qonaq stul, yumşaq mebel əşyası, 01935-mətbəx mebeli, Balış yumşaq və Apple markalı qol saatı almış və nəticədə 9271 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.10.2019-cu il tarixli müqaviləyə əsasən 6180 manat ödənilməmiş hissə, 1873,8 manat dəbbə borcu, 13.03.2020-ci il tarixli müqavilə üzrə 936 manat ödənilməmiş hissə, 281,2 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1407,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh, "xxxx" MMC ilə 15.10.2019-cu il və 13.03.2020-ci il müqavilələrinə əsasən, Pandora markalı qonaq masa, qonq stul, yumşaq mebel əşyası, 01935- mətbəx mebeli, Balış yumşaq və Apple Markalı qol saatı almış və nəticədə onun 9271 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 6180 manat ödənilməmiş hissə, 1873,8 manat dəbbə, ümumilikdə 8053,8 manat borcu, 13.03.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 936 manat ödənilməmiş hissə, 281,2 manat dəbbə, ümumilikdə 1217,2 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 15.10.2019-cu il tarixli müqavilə üzrə 6180 (altı min yüz səksən) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, 13.03.2020-ci il tarixli müqavilə üzrə 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə , ümumilikdə 7266 (yeddi min iki yüz altmış altı) manat borc tutularaq iddiaçı ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 15.10.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1873,8 manat məbləğində deyil 100 manat məbləğində, 13.03.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 281,2 manat məbləğində deyil 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 112,71 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 15.10.2019-cu il tarixli müqavilə üzrə 6180 (altı min yüz səksən) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, 13.03.2020-ci il tarixli müqavilə üzrə 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə , ümumilikdə 7266 (yeddi min iki yüz altmış altı) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 112,71 (yüz on iki manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-724/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver