Məhkəmə qərarları › İş №2(004)-727/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-727/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-727/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 46.109 ABŞ dolları əsas borc, 7.532 ABŞ dolları faiz borcu və 21.698 ABŞ dolları cərimə olmaqla, cəmi 80.235 ABŞ dolları borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 41.500 ABŞ dolları kredit verilmişdir.xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 07.8.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən borcalan 4.979.89 ABŞ dolları məbləğində kapitallizasiya edilir və bununla ümumi kredit məbləği 4.679.89 ABŞ dolları təşkil edir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir. xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 46.109 ABŞ dolları əsas borc, 7.532 ABŞ dolları faiz borcu və 21.698 ABŞ dolları cərimə olmaqla, cəmi 80.235 ABŞ dolları borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsinə əsasən kreditor “xxxx” ASC borcalan Cavabdeh illik 18 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 41.500 ABŞ dolları kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilələr üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-ci il tarixli bank çıxarışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2020-ci il tarixə 46.109 ABŞ dolları əsas borc, 7.532 ABŞ dolları faiz borcu, 21.698 ABŞ dolları cərimə olmaqla, cəmi 80.235 ABŞ dolları borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 21.698 ABŞ dolları cərimə azaldılaraq 1.000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsi (xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşma) üzrə yaranmış 46.109 ABŞ dolları əsas borc, 7.532 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə), 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 54.641 (əlli dörd min altı yüz qırx bir) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi dəbbə pulunun qalan hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 101.LN1604.070815.00001 nömrəli kredit müqaviləsi (xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşma) üzrə yaranmış 46.109 ABŞ dolları əsas borc, 7.532 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə), 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 54.641 (əlli dörd min altı yüz qırx bir) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar