Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7288/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 444,13 manat məbləğində xidmət haqqı, 6,82 manat gecikmə faizi borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 470,95 (dörd yüz yetmiş manat doxsan beş qəpik) manat məbləğində borcun kreditor "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(004)- 13701/2015 nömrəli məhkəmə əmri ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olan Cavabdeh "xxxx" MMC-nin xeyrinə 50 ***-**-** mobil nömrədən istifadəyə görə 444,13 manat məbləğində xidmət haqqı, 06,82 manat gecikmə faizi borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 470,95 (dörd yüz yetmiş manat doxsan beş qəpik) manat məbləğində pul tutulmasına dair əmr verilmişdir. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(004)-13701/2015 nömrəli məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(004)- 13701/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(004)-13701/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş iddia icraatına keçmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən cavabdehin 50 ***-**-** vasitəsi ilə cəmiyyətin rabitə xidmətlərindən istifadəsi nəticəsində 444,13 məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abunəçi ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abunəçi tərəfindən pozularsa "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə borcluya aid GSM fakturalardan görünür ki, borclu müqavilənin bu şərtlərini pozaraq göstərilən borcun ödənilməsini təmin etməmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi iddia tələbinin gecikmə faizinə dair hisəsində məhkəmənin mülahizəsinə buraxıdğını bildirdi. Məhkəmə iclasında Cavabdeh oglu məhkəmə iclasında iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 30.10.2011-ci il tarixli abunə müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında rabitə xidmətlərindən istifadə barədə GSM müqaviləsi bağlanmışdır və 50 ***-**-** mobil nömrə Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin 2.4-ci maddəsinə əsasən «Azercell» Abunəçiyə bu müqavilənin müdəalarına uyğun olaraq, nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir. Abunəçi də öz npvbəsində istifadəsində olasn nömrədən “Azercelin” göstərdiyi xidmətlərin müqabilində bu müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilmiş hesab edilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğini hər faktura dövrünün sonunda müvafiq hesabfakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. İş materiallarında olan 13.08.2015-ci il tarixli cari hesab arayışdan görünür ki, Cavabdeh 50 ***-**-** mobil telefon nömrəsindən istifadəyə görə 13.08.2015-ci il tarixinə 444,13 manat məbləğində xidmət haqqı və digər xidmət haqları üzrə 6,82 manat borcu yaranmışdır. İş materiallarında olan Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aydın Hümbətovun qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(004)-13701/2015 nömrəli məhkəmə əmri əsasında icraata başlanılmışdır. İş materiallarında olan Azercell GSM fakturasının surətindən görünür ki, Cavabdeh 10.12.2012-ci il tarixdə 47,15 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 21.09.2015-ci il tarixli, 868 saylı “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Göründüyü kimi, tərəflər arasında fakturalı mobil rabitə xidmətlərinin göstərilməsinə dair abunə müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə yaranmış borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" MMC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehin iddia müddətinin tətbiqinə dair münasibətdə məhkəmə hesab edir ki, ərizə əsaslı deyildir. Belə ki, tərəflər arasında GSM müqaviləsi 30.10.2011-ci il tarixdə bağlanmış, 10.12.2012ci il tarixdə cavabdeh sonuncu ödənişi etmiş, iddiaçı isə ilk dəfə 09.12.2015-ci il tarixdə məhkəməyə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Yəni, cavabdehin sonuncu ödənişi borcu etiraf etməsini göstərən hərəkət sayıldığından iddia müddətinin axımı 10.12.2012-ci il tarixdən hesablanaraq iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtda 09.12.2015-ci il tarixdə belə bir tələblə məhkəməyə müraciət etməsi üçün müddət keçməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 50 ***-**-** mobil nömrədən istifadəyə görə 444,13 manat məbləğində xidmət haqqı, 04 manat gecikmə faizi borcu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 50 ***-**-** mobil nömrədən istifadəyə görə 444,13 manat məbləğində xidmət haqqı, 04 manat gecikmə faizi borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 468,13 (dörd yüz altmış səkkiz manat on üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-7288/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7288/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver