Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7331/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat pulun - 12000 manat qalıq pulu və 126 manat dövlət rüsumu pulunun, cəmi 12126 (on iki min yüz iyirmi altı) manat tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı X1 olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçən «ŞORANLİQ94» çoxprofilli şirkətində icraçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Azərsiti Supermarketin arxa hissəsində yerləşən öz mülkiyyətinə aid olmayan 2 sot torpaq sahəsində 81 kv.metr, 5 mişar daşı kürsü üzərində 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 40000 manata, ilkin ödəniş 15000 manatı verməklə xx.xx.2021-ci il tarixinə kimi tikib təhvil verəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə görünüş və İddiaçı etibarını qazanmaq üçün xx.xx.2021-ci il tarixdə «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Azərsiti Supermarketin arxa hissəsində yerləşən ofisində uydurma müqavilə bağlamaqla ilkin ödəniş adı ilə 15000 manat, aylıq ödəniş adı ilə qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyib İddiaçı 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh barəsində istintaqı aparılmış cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-663/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətinə cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməklə 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış, Cavabdeh dələduzluq əməli nəticəsində ona 15000 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdehə ev tikilməsi üçün tərəfindən 15000 manat pul verilsə də, o öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlə aralarında barışıq olmamışdır. Cavabdeh ona yalnız istintaq zamanı 3000 manat pul qaytarıb. Cinayət işi üzrə mülki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, ona borcdan heç nə qaytarılmayıb. Cavabdehin ona 12000 manat borcu qalıb. Cavabdehin 15000 manat borcu var idi, lakin sonradan borcundan 3000 manat ödəmişdir. Ona verilən vədə görə 3 ay ərzində ev tikilib, təhvil verilməli idi. 3000 manat qalan pulu cinayət işi açıldıqdan sonra ödəmişdir. Cavabdeh həmin vaxt azadlıqda idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda Cavabdeh xx.xx.2025ci il tarixli hökmlə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alaraq, Cavabdeh çatdırılması üçün Bakı İstintaq Təcridxanasına bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya dair etiraz, məhkəmə iclasında şəxsən iştirakına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 1(012)-663/2025 saylı, 03 dekabr 2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətinə cəza çəkdiyi müddətdə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməklə 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Cavabdeh barəsində seçilmiş olan “həbs”, “ev dustaqlığı” qətimkan tədbiri və tutma ilə əlaqədar cəmi 01 il 01 ay 15 gün müddət ona təyin edilən cəzasından çıxılmış, üzərində 03 (üç) il 02 (iki) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 13 oktyabr 2025-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hokm qanuni qüvvəsini alanadək qüvvədə qalması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkən-mülki iddiaçı X3 mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh X3 xeyrinə maddi ziyana görə 25.800 (iyirmi beş min səkkiz yüz) manat, mənəvi zərərə görə 1200 (min iki yüz) manat, dövlət rüsumuna görə 133 (yüz otuz üç) manat, cəmi 27,133 (iyirmi yeddi min yüz otuz üç) manat məbləğində pulun tutulması, digər zərərçəkənlərə mülki qaydada iddia qaldırmaq hüquqlarının izah edilməsi hökm edilmişdir. İş materialarında olan hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh təkrarən bacısı X1 olduğu Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçən «ŞORANLİQ-94» çoxprofilli şirkətində icraçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Azərsiti Supermarketin arxa hissəsində yerləşən öz mülkiyyətinə aid olmayan 2 sot torpaq sahəsində 81 kv.metr, 5 mişar daşı kürsü üzərində 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evini 40000 manata, ilkin ödəniş 15000 manatı verməklə xx.xx.2021-ci il tarixinə kimi tikib təhvil verəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə görünüş və İddiaçı etibarını qazanmaq üçün xx.xx.2021-ci il tarixdə «ŞORANLİQ-94» çoxprofilli şirkətinin Abşeron rayonu, Azərsiti Supermarketin arxa hissəsində yerləşən ofisində uydurma müqavilə bağlamaqla ilkin ödəniş adı ilə 15000 manat, aylıq ödəniş adı ilə qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyib İddiaçı 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, zərərçəkənləri aldatmaq fikri olmamışdır, əldə etdiyi pulları tikintiyə qoymuşdur. Həbsi ilə əlaqədar tikintini tamamlaya bilməmişdir. İddiaçı Abşeron rayonu, Azərsiti Supermarketin arxasında yerləşən torpaq sahəsində 81 kv.m 5 mişar daşı kürsü üzərində 3 otaqdan ibarət tam fərdi yaşayış evini 40000 manata razılaşıb 15000 manat pul almışdır. Məhkəmə, cavabdehin Cavabdeh sözügedən ifadəsini iddianın etirafı olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, İddiaçı tərəfindən Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 15000 manat məbləğində pul verilmiş, həmin fərdi yaşayış evi tikib təhvil verilməmiş, daha sonra həmin məbləğdən 3000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, qalıq məbləğ olan 12000 manat məbləğində pulu isə qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı 12000 (on iki min) manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulımazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunlazərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 126 (yüz iyirmi altı) manat olmaqla, cəmi 12126 (on iki min yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 126 (yüz iyirmi altı) manat olmaqla, cəmi 12126 (on iki min yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-7331/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7331/2025
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver