Məhkəmə qərarları › İş №2(004)-7348/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7348/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7348/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyanı qarşılamasını, ona dəymiş 3000 manatın Cavabdeh maaşından tutulub ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Goranboy rayonu 922 saylı Hərbi Hissədə xidmət etmişlər. Xidmət dövründə yəni 2015-ci ildə Cavabdeh ona, VTB Bank ASC-nin Gəncə şəhərində yerləşən filialından kredit götürmək üçün müraciəti ilə bağlı zamin olmasını xahiş etmişdir. İllərlə birlikdə xidmətləri olduğuna, illərin yoldaşlığına söykənərək o, Cavabdeh VTB Bank ASC-nin Gəncə filialından kredit götürməsi üçün zaminliyi qəbul etmişdir. 2015-ci ildə сavabdeh Cavabdeh VTB Bankdan 10000 (bir on min) ABŞ dolları kredit və 2000 (bir iki min) ABŞ dolları olan kart götürmüşdür. Sonradan xx.xx.2015-ci ildə ölkədə yaranmış devalvasiya nəticəsində Cavabdeh VTB bankdan götürdüyü kredit öhdəliyini tam yerinə yetirə bilməmişdir. 2019-cu ilin müxtəlif aylarında VTB Bank ASC Cavabdeh Söhrab oğlu ilə aralarında bağlanmış kredit müqaviləsini təzələyərək VTB Bank ASC-yə ödənilməli olan qalıq borc məbləği ABŞ dollarından Azərbaycan manatına çevirmiş, yeni kredit ödəniş cədvəlini isə Cavabdeh təqdim etmişdir. Yeni kredit müqavilələri: xx.xx.2019-cu il tarixli 1500010-1-16732/1 saylı kredit müqaviləsi; xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsi. Cavabdeh yenə də VTB Bank ASC-nin qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmin vaxt Cavabdeh və o, Goranboy rayonu 922 saylı Hərbi Hissədə bir yerdə xidmət edirdilər və xidmət etdikləri yerdə hərbi şəhərcikdə ailələri ilə birgə yaşayırmışlar. VTB Bank ASC yaşadıqları əraziyə uyğun olaraq Cavabdeh və ona (zamin olduğu üçün) xx.xx.2023-cu ildə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr ilə bağlı iddia qaldıraraq Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. VTB Bank ASC xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsi əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 144,82 manat əsas borc, 1,06 manat məbləğində faiz borcu, cəmi 145,88 manat pul məbləğinin, xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2599,62 manat əsas borc, 17,89 manat məbləğində faiz borcu - cəmi 2617,51 manat hər iki müqavilə üzrə cəmi 2763,39 manat borcun və 47,64 manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh və ondan tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını Goranboy Rayon Məhkəməsindən xahiş etmişdir. xx.xx.2024-cü ildə VTB Bank ASC yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Cavabdeh və onun müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixə Yasamal Rayon Məhkəməsi № e-2(004)-1410/2024 iş üzrə yekun qərar verərək, xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 144,82 manat məbləğində əsas borc, 01,06 manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 manat pul məbləği və xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə Banka borclu olduğu 2599,62 manat məbləğində əsas borc, 17,89 manat məbləğində faiz borcu, ümumilikdə 2617,51 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,63 manat dövlət rüsumunun Cavabdeh və ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi ilə bağlı qətnamə çıxartmışdır. 2-ci Qarabağ Müharibəsində əsaslı döyüşlərdə iştirak etmiş və müharibədən sonra Xidmətini bitirib təqaüdə çıxmışdır. Hal-hazırda o, ailəsi ilə iki oğlu və həyat yoldaşı ilə birlikdə Gəncə şəhərində kirayə mənzildə yaşayır. Sumqayıtda qeydiyyatda olsa da, orada evi yoxdur. Əlavə gəliri iş yeri yoxdur. Tək gəliri 30 il Müdafiə Nazirliyinin müxtəlif saylı Hərbi Hissələrində xidmət etdiyinə görə və 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğuna görə Dövlətin ona ayırdığı 1330 manat pensiyadır ki, onunlada ailəsinin gündəlik yaşam xərcini qarşılayır. Yuxarıda qeyd etdiyi məhkəmə prosesləri zamanı o, artıq təqaüddə idi və Gəncə şəhərində yaşayırdı. Məhkəmənin keçirildiyi vaxt saat ilə bağlı heç bir məlumatı olmadığından və Cavabdeh ona heç bir məlumat verməməsindən o, Yasamal Rayon Məhkəməsində də iştirak edə bilməmişdir. Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardadı isə o, VTB Bank ASC-nin tələbinə uyğun olaraq borcun onun pensiyasına yönləndirilərək tutulduqdan sonra "xxxx" ASC-dən öyrənmişdir. Artıq bir neçə ay ərzində onun pensiyasından ümumilikdə 3000 manata yaxın pul faizlə birlikdə hissəli formada Cavabdeh VTB Bank ASC-yə olan borcuna tutulmuşdur. Bu günkü gündə Cavabdeh Bakı şəhəri Pirişkül 550 saylı Hərbi Hissədə Kadrların rəisi vəzifəsində xidmət edir, aylıq təxminən 2500 manat maaş alır. Dəfələrlə Cavabdeh telefon vasitəsilə əlaqə saxlayaraq ona dəymiş ziyanı qarşılamasını tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən reqres qaydada 2665,14 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh onun dostu olub. O, "xxxx" ASC-dən kredit götürən zaman o, zamin olmuşdur. Daha sonra cavabdeh borcunu ödəmədiyi üçün məhkəmə qətnaməsi ilə ondan pul tutulub. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh hərbi qulluqçudur, kifayət qədər yüksək məbləğdə əmək haqqı alır. O, ehtiyyatda olan hərbçidir. Cavabdeh mübahisədən məlumatlıdır, hər dəfə yalan vədlər verirdi. Son zamanlar isə telefonunu açmırdı. Özünün krediti var. Amma bu mübahisə ilə əlaqəsi yoxdur, araşdırmışdır. 2646 manat pul tutulması ilə bağlı məhkəmə qətnaməsi var. Hər ay pensiyasından tutulmalar olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin M/V №124044 saylı, xx.xx.2023-cü il tarixli vəsiqəsinə əsasən İddiaçı veteran adı verilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saytı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 144,82 (bir yüz qırx dörd manat 82 qəpik) manat məbləğində əsas borc, 1,06 (bir manat 06 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 (bir yüz qırx beş manat 88 qəpik) manat pul məbləği və xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2599,62 (iki min beş yüz doxsan doqquz manat 62 qəpik) manat məbləğində əsas borc, 17,89 (on yeddi manat 89 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 2617,51 (iki min altı yüz on yeddi manat 51 qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,63 (qırx yeddi manat 63 qəpik) manat dövlət rüsumunun Cavabdeh və İddiaçı tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. - e135197/2024-47-55/1 saylı, 03 sentyabr 2024-cü il tarixli inkasso sərəncamına əsasən İddiaçı VTB (Azərbaycan) ASC-nin hesabına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 609,28 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 nömrəli Xidmət Sahəsinin 64 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. - "xxxx" ASC-nin kart hesabından çıxarışa əsasən İddiaçı məxsus hesabından xx.xx.2024-cü il tarixdə 609,28 manat, xx.xx.2024-cü il tarixdə 10,67 manat, xx.xx.2024-cü il tarixdə 587,42 manat, xx.xx.2025-ci il tarixdə 585,91 manat, xx.xx.2025-ci il tarixdə 594 manat və xx.xx.2025-ci il tarixdə 277,86 manat olmaqla, cəmi 2665,14 manat VTB (Azərbaycan) ASC-nin hesabına köçürülmüşdür. - VTB (Azərbaycan) ASC-nin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı VTB (Azərbaycan) ASC-nin onlara qarşı olan borc tələbini xx.xx.2025-ci il tarixində tam icra etmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borc borclu Cavabdeh və zamin İddiaçı tutulmuşdur. Bundan sonra məhkəmə qətnaməsinə əsasən cəmi 2617,51 manat və 47,63 manat dövlət rüsumu olmaqla, cəmi 2665,14 manat zamin hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehin əvəzinə borcun ödənilməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcu və dövlət rüsumunu ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 2665,14 (iki min altı yüz altmış beş manat on beş qəpik) manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konistitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödənilmiş 2665,14 (iki min altı yüz altmış beş manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödənilmiş 2665,14 (iki min altı yüz altmış beş manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar